"Instagram"ın fəaliyyətində problem yaranıb
"İnstagram" sosial şəbəkəsinin fəaliyyətində problem yaranıb.
AFN azvision.az-a istinadla xəbər verir ki, bu gün səhər saatlarından etibarən "İnstagram"a giriş mümkün deyil. Şəbəkəyə keçid zamanı “5xx Server Error” xətası üzə çıxır. Problemin bütün dünya üzrə olduqu qeyd edilir. Hələlik “İnstagram”dan bununla bağlı hər hansı açıqlama verilməyib.