Boyunduruq sevgisi, yaxud maddi sıxıntıdan doğan nostalgiya- Azər Sarıoğlu yazır


Boyunduruq sevgisi, yaxud maddi sıxıntıdan doğan nostalgiya-


Rus xalqı dünya mədəniyyətinə çöx böyük dahilər bəxş edib, doğrudur. Ancaq demək ki, Azərbaycan əldə etdiyi mədəni və elmi nailiyyətlərə görə Rusiyaya, dolayısı ilə Rusiya işğalına borcludur, bu, yumşaq desək, yaxşı hal, normal düşüncə məhsulu deyil. Birincisi, nə olursa-olsun, işğalı qəbul edilməsi yaxşı deyil, hətta ləyaqətsizlikdir. İkincisi, rusiyapərəstlərin iddia etdiyi kimi, əgər doğrudan da korifeylərimiz Rusiya işğalından sonrakı düzənin hesabına yetişiblərsə, o zaman o cür mədəniyyət və elm xadimləri niyə Orta Asiyada yetişmədi? Məsələn, niyə qazaxların Üzeyir Hacıbəyovu, Qara Qarayevi yoxdur? Orta Asiyadakılar nə üçün bizdə olmadı? Məsələn, niyə bizim Çingiz Aytmatovumuz yoxdur?

Bəziləri bizi Rusiya müstəmləkəsi olmuş Azərbaycanı müstəqil Türkiyə ilə müqayisə edərək deyirlər ki, o boyda Türkiyə mədəni cəhətdən bizdən geri qalır. Cavab olaraq tək Əziz Sancar və Orhan Pamukun adını çəksəm, yetər. Yılmaz Erdoğan, Nuri Bilge Ceylan, Semih Kaplanoğlundan danışmıram belə... Xalqın mədəni potensialı inkişafda əsas faktordur. Əgər bu amil olmasa, heç bir fövqəladə qüvvə bu inkişafı doğura bilməz. Qazax akını Cambul Cabayevi Stalin qorxusu belə korifey edə bilmədi.
Əgər müqayisə aparırsınızsa, o zaman, digər işğalçıların kaloniyalarına nəzər salın: Honq-Konqun, Tayvanın inkişafına baxın, bir də Rusiya müstəmləkələrinə baxın. Demirəm ki, kaş, bizi ABŞ, Britaniya işğal edəydi. Lənət olsun bütün işğallara! Deyirəm ki, işğalçıya, boyunduruğa məhəbbət çox pis psixoloji xüsusiyyətdir.
Başa düşürəm, bugünkü maddi çətinliklər sovet nostalgiyası doğurur. Lakin SSRİ-nin də çətin vaxtları olub. Biz ailəmizin dolanışığını normal təmin edə bilmiriksə, ildə bir dəfə tətilə getmək imkanımız olmursa, övlad yanında xəcalətli qalırıqsa, bunun günahı müstəqillyimiz deyil, özümüzük.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu