Messengerdən möhtəşəm yenilik


Messengerdən möhtəşəm yenilik


Facebook messenger istifadəçiləri real zaman ərzində messencer daxilində birgə videolar izləyə biləcəklər.

Technote xəbər verir ki, messengerdə birgə video izləmək funksiyası artıq test mərhələsindədir.

Bu yeni funksiya ilin sonunadək çıxacaq messenger yenilənmələrindən birində aktiv ediləcək. Bu funksiyanın əsas özəlliyi ondan ibarətdir ki, messengerdə olan qrup çat üzvləri istənilən an videonu dayandıra, bu və ya digər videoya çat üzvlərindən kimlərin baxdığını izləyə və videonu dayandırmadan qrup çatında video barəsində təəssüratlarını bölüşə biləcəklər.

Belə hallarda offline olan çat üzvləri isə hansısa istifadəçinin qrup daxilində videoya baxdığı bildirişini əldə edəcəklər. Online olacaq istifadəçilər isə videoya baxmaqdan imtina etmək hüququna sahib olacaqlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu