“WhatsApp” messencerində “itən mesaj”lar dövrü gəlir


“WhatsApp” messencerində “itən mesaj”lar dövrü gəlir


Dünyanın ən populyar messencerlərindən olan “WhatsApp”da indiyə kimi “Snapchat” istifadəçilərinə tanış olan “itən mesaj” funksiyası tətbiq olunacaq.

Şirkətə yaxın mənbələrdən bildirildiyinə görə, bu funksiya mesaj göndərən şəxsə imkan yaradır ki, yolladığı mesajın silinməsinə əvvəlcədən əmin ola bilsin.

Belə ki, mesaj göndərilərkən təyin olunmuş vaxt bitən kimi həmin mesaj həm göndərənin, həm də mesajı qəbul edən şəxsin teıefonundan, yaxud kompüteindən dərhal silinir.

Müddət seçimləri olaraq 10 saniyə, 1 dəqiqə, 1 saat və 1 gün müəyyənləşdirilməsi planlaşdırılır.

Yeniliyin nə zaman istfadəyə veriləcəyi hələlik məlum deyil.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu