“Şam işığında” axtarılan qurumların mətbuat xidmətləri


“Şam işığında” axtarılan qurumların mətbuat xidmətləri


2018-ci ili başa vururuq. Bütün sahələrdə ilin yekunları müzakirə edilir, problemlər diqqətə çatdırılır və mövcud olan çatışmazlıqların növbəti illərdə aradan qaldırılacağına ümid edilir.



Yola saldığımız 2018-ci il jurnalistlərin dövlət qurumlarının mətbuat xidmətləri ilə əməkdaşlıq səviyyəsi də yaxşı olub. Əlbəttə, əl çatan və çatmayan mətbuat xidmətlərinin rəhbərləri də olub. Amma sevindirici haldır ki, onların sayı elə də çox deyil. Bu barədə bir neçə sayt əməkdaşları ilə söhbət apardıq və ümumi mənzərəni onların fikirləri ilə diqqətə çatdırırıq:

“Şam işığında” axtarılan qurumların mətbuat xidmətləri


Sputnik.az saytının əməkdaşı Təranə Xudabaxşiyeva bildirib ki, bəzi qurumlar hələ də mətbuat ilə gec işləyir. Onun sözlərinə görə, göndərilən sorğulara həddindən artıq gec cavab gəlir: “Bugünkü dövrdə sürətli informasiya axını olduğu halda qurumlar sorğu göndərməyi və 10 günə cavab verəcəklərini deyirlər. Bu 10 gün 1 aya yaxın da ola bilir. Məsələn, Təhsil Nazirliyi sorğularıma həddindən artıq gec cavab verir. Bəzən isə sualıma cavab belə tapa bilmirəm”.

“Şam işığında” axtarılan qurumların mətbuat xidmətləri


“Kaspi” qəzetinin əməkdaşı Aygün Asimqızı isə qeyd edib ki, qurumların mətbuat xidmətləri ilə əvvəlki qədər sıx işləməsə də cavabsız sorğuları az olmayıb: “Düzü, son vaxtlar gənclərdən yazdığım üçün mətbuat xidmətlərinə çox da işim düşmür. Ona görə bütün mətbuat xidmətləri haqqında danışa bilməyəcəyəm. Amma Qida Təhlükəsizliyi Agentliyinə bu ilin iyul ayının 31-də sorğu göndərmişdim, sentyabrın 26-da cavab gəldi. Mətbuatla işləyən şöbənin rəhbəri bilməlidir ki, bir yazı üçün heç bir mətbu orqan bir ay oturub cavab gözləmir. Bəzən qurumlara sorğu göndərəndə əsas gətirərək bildirirlər ki, bu suala cavab verilməsi üçün 4-5 gün vaxt lazımdır. Belə olan halda gözləmək olur. Amma zəng və mesaja cavab verilmir, bir ay sonra da cavab göndərirlər. Bu, peşəkar yanaşma deyil”.

“Şam işığında” axtarılan qurumların mətbuat xidmətləri


Modern.az saytının əməkdaşı Aysel Aslan bildirib ki, 2018-ci ildə mətbuat xidmətləri ilə ciddi problem yaşamayıb: “Sadəcə müxtəlif mövzular ətrafında sorğu keçirdikdə bəzi qurumların mətbuat xidmətinin zənglərimə gec cavab verməsi məqalələrimin hazırlanmasını gecikdirdi. Amma inanıram ki, onlar da jurnalistlərə operativ cavab vermək üçün çalışacaqlar. Son vaxtlar müxtəlif qurumların mətbuat xidmətləri aktivləşiblər. Düşünürəm ki, bu media orqanlarında tənqidlərin səsləndirilməsinin də nəticəsidir”.

“Şam işığında” axtarılan qurumların mətbuat xidmətləri


Aznews.az saytının əməkdaşı Bahar Rüstəmli bildirib ki, razı və narazı qaldıqları mətbuat xidmətləri var: “İl artıq başa çatır. Bu il ərzində apardığımız araşdırmalar, ölkədə baş verən kriminal hadisələr və bir çox məsələlərlə bağlı dövlət qurumlarının mətbuat xidmətlərinə müraciət etmişəm. Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi və bir neçə nazirliklərlə bağlı müraciətlərimizə cavab almışıq. Amma Azərbaycan Respublikasının Baş Prokurorluğundan heç bir sualımıza cavab ala bilməmişik. Ümid edirik ki, gələn il bu problem aradan qalxar”.

“Şam işığında” axtarılan qurumların mətbuat xidmətləri


AFN.az saytının baş redaktoru Səbuhi Qafarov bildirib ki, 2018-ci ildə bir çox yeni mətbuat xidməti rəhbərləri təyin olunub: “Sevindirici haldır ki, yeni təyinatlardan həvəslə və peşəkarlıqla işini quranlar var. Amma yenə də mətbuatla əlaqələrə və şəffaflığa soyuq yanaşanlar da mövcuddur. Məsələn, AFN.az olaraq biz Səhiyyə Nazirliyinin yeni təyin olunmuş mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirlə problemimiz yaşandı. Hörmətli Pərviz bəy adi bir sorğunu qərəzlə qarşılayaraq əməkdaşımız haqda sosial şəbəkədə etik olmayan status yazdı. Bununla belə biz həmin nazirliklə bağlı heç vaxt qərəzli olmamışıq. Respublika Prokurorluğunun mətbuat xidməti Eldar Sultanov ona ünvanladığımız sualları səbrlə və gülə-gülə qarşılasa da, elə gülə-gülə də cavabsız qoyur. Bundan başqa, biz hələ Ədliyyə Nazirliyinin mətbuat xidmətinin nə səsini eşitmişik, nə də üzünü görmüşük. Bir KİV olaraq AFN vətəndaşların problemlərini dərhal işıqlandırmaqda maraqlı deyil. Çalışırıq ki, öncə problemin həllində yardımçı olaq. Bu baxımdan ƏƏSMN-in keçmiş mətbuat xidməti ilə müqayisədə yeni təyin olunan Fazil Talıbov haqda təəssüf ki, elə də xoş sözlər deyə bilməyəcəyik. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun fəaliyyətindən isə danışmağa dəyməz. Yəqin ki, cənab nazirlə əlaqə saxlamaq daha asandır, nəinki Cəsarət Valehovla”.

S.Qafarov əlavə edib ki, hazırda ən ciddi problemlərdən biri də məhz İH-lərin media ilə əlaqələrinin düzgün qurulmaması, demək olar ki, heç olmamasıdır: “Fəaliyyətindən razı qaldığımız, sualları operativ cavablandıran, peşəkar və təcrübəli mətbuat xidmətlərini qısaca olaraq qeyd edirəm. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Dəniz Agentliyi, Dövlət Avtomobil Nəqliyyatı Xidməti, “Azərsu”, “Azəriqaz”, Bakı Beynəlxalq Dəniz Tİcarət Limanı, Xəzər Dəniz Gəmiçiliyi, “Azərişıq”, Dövlət Miqrasiya Xidməti, İqtisadiyyat Nazirliyi, Diasporla iş üzrə Dövlət Komitəsi, Dövlət Təhlükəsizlik Xidməti, Bakı Nəqliyyat Agentliyi, BakuBus kimi qurumların mətbuat sözçüləri əlçatandır. Arzu edirəm ki, 2019-cu ildə bütün mətbuat xidmətləri daha şəffaf və operativ olsunlar”.

“Şam işığında” axtarılan qurumların mətbuat xidmətləri


Fins.az saytının müxbiri Xeybər Heydərov bildirib ki, dövlət qurumlarının fəaliyyətindən şikayətçi deyil: “Amma buna baxmayaraq bəzi bankların mətbuat xidmətlərinin fəaliyyətindən narazıyam. Belə banklara nümunə olaraq NBC Bank, Nikoil Bank və GunayBank-ın adlarını qeyd edə bilərəm”.

Mənbə:Azadinform.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu