Tanınmış jurnalistə vəzifə verildi


Tanınmış jurnalistə vəzifə verildi


Tanınmış jurnalist Brilyant Rəsulovaya vəzifə verilib.



AFN Mətbuat.az-a istinadən xəbər verir ki, Brilyant Rəsulova “Nikoil Bank”ın Online bölməsinin rəhbəri təyin edilib.

Qeyd edək ki, Brilyant Rəsulova bir çox xəbər saytlarında çalışıb, bir sıra layihələrin aparıcısı olub. O, bu təyinata qədər “Yeni Çağ” Media qrupunda şef redaktor vəzifəsini icra edib. Bununla yanaşı, tanınmış jurnalist yaxın günlərdə aparıcısı olduğu yeni layihələrini də təqdim edəcək. Həmkarımızı təbrik edir, yeni işində uğurlar arzu edirik.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu