Jurnalistin xanımının müraciətinə Prezidentin köməkçisi reaksiya verib

Xəbərin çap versiyası
Tarix: 9-02-2019, 19:50    |    Xəbər oxunub: 657 dəfə
Jurnalistin xanımının müraciətinə Prezidentin köməkçisi reaksiya verib


Əli Həsənov: "Cənab Prezidentin tapşırığı ilə jurnalistlərlə bağlı bu tipli məsələlər daim diqqətdə saxlanılır"



Məlum olduğu kimi, jurnalist Natiq Qocaman 1 fevral tarixindən insult səbəbindən koma vəziyyətinə düşüb və hazırda Mərkəzi Klinik xəstəxanada müşahidə altındadır. Jurnalistin xanımı Könül Qocaman həyat yoldaşının müalicəsinə dəstək üçün ölkə Prezidentinə müraciət edib.



Müraciət yayımlanandan qısa müddət sonra müraciətə reaksiya verilib. Azərbaycan Prezidenti İlham Əliyevin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Administrasiyanın şöbə müdiri Əli Həsənov musavat.com-a bildirib ki, komada olan jurnalistin müalicəsi ilə maraqlanıb, xəstəxananın baş həkimi ilə bilavasitə söhbət edib və vəziyyət haqqında tam informasiyanı alıb: “Cənab Prezidentin tapşırığı ilə jurnalistlərlə bağlı yaranmış bu tipli halları daim diqqət mərkəzində saxlayır, mütəmadi maraqlanıram. Zərurət yarandığı təqdirdə cənab Prezidentə bu haqda məruzə edilir və müvafiq yardım göstərilir. Nəzərinizə çatdırmaq istəyirım ki, bundan əvvəlki dövrlərdə də ayrı-ayrı jurnalistlərin səhhətində yaranmış ciddi problemlərlə, həm ölkə daxilində, həm xaricdə təcili müalicə ilə bağlı dövlət dəstəyi üçün cənab Prezidentə müraciət olunub və bütün hallarda onun tapşırığı ilə bu məsələlər həll edilib.

Natiq Qocayevlə bağlı məsələyə gəldikdə, bildirirəm ki, mənə məlumat daxil olan kimi hazırda onun yerləşdiyi Mərkəzi Klinik Xəəstəxananın rəhbərliyi ilə əlaqə saxlamışam. Həkimlərinin rəyinə görə, hazırda Natiq Qocayevi bir yerdən başqa yerə köçürtmək, daşımaq mümkün deyil. Əvvəlcə ümumi təcrübəyə uyğun olaraq onun durumu sabitləşdirilməli, müalicəyə reaksiyası təmin olunmalı, transportabel vəziyyətinə gətirilməlidir. Mənim əldə etdiyim məlumata görə, bunun üçün hazırda Mərkəzi Klinik xəstəxanada dünyanın ən öncül klinikalarında tətbiq olunan metodlarla Natiq Qocayevin müalicəsi aparılır”.

Cənab Əli Həsənov Musavat.com-a deyib ki, xəstəxananın baş həkimi ilə şəxsən danışıb, təfsilatlı məlumat alıb, jurnalistin müalicəsi nəzarət altındadır: “Onun hazırda aparatdan ayrılıb, haraya isə aparılması mümkün deyil. Biz ona Allahdan can sağlığı arzılayırıq. Həkimlər əlindən gələni edir, biz də onun müalicəsi ilə daim maraqlanırıq. Sonrakı müddətdə, stabilləşmə baş verəndən sonra lazım gəlsə xaricdə müalicəsi də davam etdiriləcək”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Azərbaycan uşaqlarının milli geyimləri xaricilərin diqqətində-

Azərbaycan uşaqlarının milli geyimləri xaricilərin diqqətində- FOTOLAR

Bakıda 26 yaşlı qız əməliyyatdan sonra öldü:

Bakıda 26 yaşlı qız əməliyyatdan sonra öldü: "Baku Medical Plaza"nın adı hallanır

Polşada “Uydurma iddialara inanma, Xocalı soyqırımını tanı” adlı aksiyaya start verilib

Polşada “Uydurma iddialara inanma, Xocalı soyqırımını tanı” adlı aksiyaya start verilib

"Azərsu" "Abonentə aid ünvan məlumatlarının dəqiqləşdirilməsi” xidmətini istifadəyə verib

Yağışlı hava sabah da davam edəcək

Yağışlı hava sabah da davam edəcək

İnvestorlar növbəti hərracda hansı dövlət əmlaklarını özəlləşdirə bilər?

İnvestorlar növbəti hərracda hansı dövlət əmlaklarını özəlləşdirə bilər?

Bu da gömrükdə rüşvət faktı! -

Bu da gömrükdə rüşvət faktı! - Sədr istefa ilə bağlı SÖZÜNÜ TUTACAQMI?

Vergi qanunvericiliyinə edilmiş dəyişikliklər vergi yükünü azaldıb

Vergi qanunvericiliyinə edilmiş dəyişikliklər vergi yükünü azaldıb

Bakıda 600 mindən çox sahibsiz it var və sayları artmaqdadır-

Bakıda 600 mindən çox sahibsiz it var və sayları artmaqdadır- TƏHLÜKƏ

Təhsil məmurunun milyonluq villası:

Təhsil məmurunun milyonluq villası: “Son dövrlər əldə etdiyi malikanələrdən sadəcə biridir…” (FOTO)

Qadın taksi sürücüsü: “Kişi kollektivində çalışmaq möhtəşəm hissdir”-

Qadın taksi sürücüsü: “Kişi kollektivində çalışmaq möhtəşəm hissdir”- VİDEO+FOTOLAR

Azərbaycan-Türkiyə ortaq hərbi təlimi keçiriləcək

Azərbaycan-Türkiyə ortaq hərbi təlimi keçiriləcək

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur