DTX baş redaktorla bağlı materialları açıqladı- SƏS YAZISI

Xəbərin çap versiyası
Tarix: 12-02-2019, 12:07    |    Xəbər oxunub: 614 dəfə
DTX baş redaktorla bağlı materialları açıqladı-


Ötən illər ərzində ayrı-ayrı şəxslər barəsində böhtan xarakterli və rüsvayedici məlumatları mütəmadi olaraq mətbu orqanlarda dərc etdirib dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olan müraciətlər Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) araşdırılıb, ölkə ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən şəxslərin silsilə hüquqazidd fəaliyyətlərinin qarşısının alınması üçün qanunla müəyyən olunan tədbirlər görülüb.

DTX-nin İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, bəzi informasiya saytlarında qeyd olunan tədbirlərin mahiyyətini təhrif edən məlumatlara rast gəlinir.

DTX-nın məlumatında bildirilir:

"“Realliq.info” informasiya saytının baş redaktoru, Azərbaycan Respublikasının vətəndaşı Rəhimov İkram Rafiq oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı DTX-nin İctimai əlaqələr şöbəsi məlumat verərək bildirir ki, İkram Rəhimovun hədə-qorxu ilə pul tələb etdiyi barədə ayrı-ayrı şəxslərin şikayətləri DTX-də araşdırılıb. Məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə onun müvafiq əməlləri qeydə alınıb, hədə-qorxu ilə tələb etmə cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
Davam edən istintaqla şübhəli bilindiyi cinayətlərə görə İkram Rəhimova elan edilən ittihama əsasən, o, 2017-ci ilin sentyabr ayında zərərçəkmiş Elxan Dadaşovdan mətbuatda sahibkarlıq fəaliyyəti zamanı qanunsuzluqlara yol verdiyinə dair məlumatlar yayacağı hədəsi ilə pul vəsaiti tələb edərək alıb.
İttihama əsasən, İkram Rəhimov zərərçəkmiş Zakir Hüseynovdan barəsində mətbuatda şəxsi və işgüzar nüfuzuna xələl gətirən rüsvayedici məlumatlar yayacağı hədəsi ilə 2016-2018-ci illər ərzində müxtəlif vaxtlarda mütəmadi olaraq pul vəsaiti tələb edərək alıb.
İkram Rəhimov 2017-ci ilin sentyabr ayında zərərçəkmiş Rafiq Ədilovdan davamlı olaraq mətbuatda rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul vəsaiti tələb edərək alıb.
Daha sonra, İkram Rəhimov 2017-ci ilin dekabr ayında fərdi sahibkar Cabir Cəfərovdan fəaliyyətində qanunsuzluqlara yol verdiyi barədə mətbuatda məlumatlar yayacağı hədəsi ilə pul vəsaiti tələb edərək alıb.
Bundan əlavə, İkram Rəhimov 2018-ci ildə zərərçəkmiş Azər Mirzəyevdən, guya, müxtəlif qanunsuz əməllərə yol verdiyinə dair mətbuatda məlumatlar yayacağı hədəsi ilə müxtəlif tarixlərdə pul vəsaiti tələb edərək alıb.
İkram Rəhimovun əməllərindən daxil olan şikayətlərin obyektiv araşdırılması təmin ediləcək".






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Azərbaycan uşaqlarının milli geyimləri xaricilərin diqqətində-

Azərbaycan uşaqlarının milli geyimləri xaricilərin diqqətində- FOTOLAR

Bakıda 26 yaşlı qız əməliyyatdan sonra öldü:

Bakıda 26 yaşlı qız əməliyyatdan sonra öldü: "Baku Medical Plaza"nın adı hallanır

Polşada “Uydurma iddialara inanma, Xocalı soyqırımını tanı” adlı aksiyaya start verilib

Polşada “Uydurma iddialara inanma, Xocalı soyqırımını tanı” adlı aksiyaya start verilib

"Azərsu" "Abonentə aid ünvan məlumatlarının dəqiqləşdirilməsi” xidmətini istifadəyə verib

Yağışlı hava sabah da davam edəcək

Yağışlı hava sabah da davam edəcək

İnvestorlar növbəti hərracda hansı dövlət əmlaklarını özəlləşdirə bilər?

İnvestorlar növbəti hərracda hansı dövlət əmlaklarını özəlləşdirə bilər?

Bu da gömrükdə rüşvət faktı! -

Bu da gömrükdə rüşvət faktı! - Sədr istefa ilə bağlı SÖZÜNÜ TUTACAQMI?

Vergi qanunvericiliyinə edilmiş dəyişikliklər vergi yükünü azaldıb

Vergi qanunvericiliyinə edilmiş dəyişikliklər vergi yükünü azaldıb

Bakıda 600 mindən çox sahibsiz it var və sayları artmaqdadır-

Bakıda 600 mindən çox sahibsiz it var və sayları artmaqdadır- TƏHLÜKƏ

Təhsil məmurunun milyonluq villası:

Təhsil məmurunun milyonluq villası: “Son dövrlər əldə etdiyi malikanələrdən sadəcə biridir…” (FOTO)

Qadın taksi sürücüsü: “Kişi kollektivində çalışmaq möhtəşəm hissdir”-

Qadın taksi sürücüsü: “Kişi kollektivində çalışmaq möhtəşəm hissdir”- VİDEO+FOTOLAR

Azərbaycan-Türkiyə ortaq hərbi təlimi keçiriləcək

Azərbaycan-Türkiyə ortaq hərbi təlimi keçiriləcək

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur