ATV-nin efirinde yeni sima


 ATV-nin efirinde yeni sima


Bu yaxında kadr dəyişikliyi olan ATV kanalının kollektivinə yeni xəbər aparıcısı qatılıb.

AFN xəbər verir ki, Fidan Cəfərova bundan əvvəl ANS TV-də "Keçmişə Salam", " seANS" verilişlərinin aparıcısı "Məchulu Tapın" verillişinin isə həm aparıcısı həm də müəllifi olub. Bununla yanaşı, o, ANS TV-də yayımlanan "Kamerton" milli musiqi alətləri yarışması layihəsinin də müəllifi olub. Xatırladaq ki, Fidan Cəfərova aparıcı olaraq fəaliyyətinə "Xəzər" TV-də yayımlanan "Təmir Məktəbi" verlişi ilə başlayıb. Bir müddət "Lider" TV-də yayımlanan "Yeni Ev" verlişinin aparıcısı və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyanın mətbuat katibi vəzifəsin də də çalısıb. O, bundan sonra fəaliyyətini ATV Xəbərin aparıcısı olaraq davam etdirəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu