Azərbaycanda yeni xəbər agentliyi fəaliyyətə başlayır- təsisçisi Vüsalə Mahirqızıdır


Azərbaycanda yeni xəbər agentliyi fəaliyyətə başlayır-


Azərbaycanda yeni xəbər agentliyi fəaliyyətə başlayır.0

AFN musavat.com-a istinadən bildirir ki, Online News Agency (ONA) adlanacaq agentlik artıq dövlət qeydiyyatından keçib.

Bir neçə dildə fəaliyyət göstərəcək agentliyin video xidməti də olacaq. Agentliyin təsisçisi Vüsalə Mahirqızı, baş direktoru Nurşən Quliyevdir.

Əldə etdiyimiz məlumata görə, agentlik əsasən ötən il fəaliyyətini dayandırmış APA-nın kollektivi əsasında formalaşdırılır.

Digər məlumata görə, lent.az portalı da fəaliyyətini bərpa edəcək.

Yeni agentliyin yaxın vaxtlarda fəaliyyətə başlayacağı gözlənilsə də, dəqiq tarix barədə məlumat yoxdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu