Bakıda jurnalistlər üçün iqtisadi mövzularda seminarlar keçirilib- FOTOLAR


Bakıda jurnalistlər üçün iqtisadi mövzularda seminarlar keçirilib-


Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) və Beynəlxalq Özəl Sahibkarıq Mərkəzi (Center for İnternational Private Enterprise - CIPE) Bakıda jurnalistlər üçün iqtisadi mövzularda 2 günlük seminar təşkil edib.

AFN xəbər verir ki, seminarı keçirməkdə məqsəd bu sahə ilə məşğul olan jurnalistlərin bilik və bacarığını daha da artırmaq olub. Seminarda Azərbaycanın aparıcı KİV nümayəndələri iştirak ediblər.

Seminarın açılış günündə Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Sabir Bağırov sahibkarlığın davamlı inkişafına dəstək və bazar iqtisadiyatına keçidlə bağlı öz fikirlərini bölüşüb.

Sonra İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyev bank sektorunun mövcud vəziyyəti və gözləntilər ilə bağlı geniş təqdimat edib, həmçinin jurnalistlərin suallarını cavablandırıb.

Daha sonra İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin Sədr müavini Rövşən Ağayev Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə bağlı təqdimatla çıxış edib. Bu sahədə görülən işlərlə bağlı bəhs edib.

Seminarın ikinci günündə professor Rasim Həsənov, İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin Sədri Dr.Azər Mehtiyev, İqtisadi Tədqiqatlar Mərkəzinin sədri QalibToğrul ölkə iqtisadiyyatı ilə dünya iqtisadiyyatı arasında oxşar və fərqli cəhətləri, dünya praktikası, iqtisadiyyatın maliyyə imkanları haqda geniş təqdimatlarla çıxış ediblər. Keçirilən bütün təqdimatlar jurnalistlərin marağına səbəb olub.

Sonda seminarda iştirak etmiş media nümayəndələrinə sertifikatlar təqdim edilib.

Bakıda jurnalistlər üçün iqtisadi mövzularda seminarlar keçirilib-

Bakıda jurnalistlər üçün iqtisadi mövzularda seminarlar keçirilib-

Bakıda jurnalistlər üçün iqtisadi mövzularda seminarlar keçirilib-

Bakıda jurnalistlər üçün iqtisadi mövzularda seminarlar keçirilib-

Bakıda jurnalistlər üçün iqtisadi mövzularda seminarlar keçirilib-

Bakıda jurnalistlər üçün iqtisadi mövzularda seminarlar keçirilib-

Bakıda jurnalistlər üçün iqtisadi mövzularda seminarlar keçirilib-

Bakıda jurnalistlər üçün iqtisadi mövzularda seminarlar keçirilib-

Bakıda jurnalistlər üçün iqtisadi mövzularda seminarlar keçirilib-



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu