Dövlət Sığorta Şirkəti jurnalistə qarşı süründürməçilik edir- FOTO

Xəbərin çap versiyası
Tarix: 6-05-2019, 14:40    |    Xəbər oxunub: 592 dəfə
Dövlət Sığorta Şirkəti jurnalistə qarşı süründürməçilik edir-


Azərbaycan Dövlət Sığorta Şirkəti Avtosfer.az saytının əməkdaşına qarşı süründürməçilik edir.

AFN xəbər verir ki, Azərbaycan Dövlət Sığorta Şirkətində sığortalanmış avtomobil yol hərəkəti qaydasını pozaraq saytın əməkdaşının avtomobilinə yüngül zərər vurub.

Yol nəqliyyat hadisəsi rəsmiləşdirildikdən sonra DYP-dən verilən forma 4 və digər sənədlər sığorta şirkətinə çatdırılıb. Bundan sonra avtomobil qiymətləndirilib və sığorta şirkətinin Vüsal Hacıməmmədov adlı əməkdaşı 29.04.2019-cu il tarixli "Təmirə Yönləndirmə"yə dair akt tərtib edərək avtomobilin zədələnmiş detalını servis mərkəzinə göndərib.

Həmin aktda "Sənədlər Qaydasındadır" bölməsini təsdiq ediblər. Lakin hal hazırda həmin sığorta şirkətinin servis mərkəzinin rəhbəri Dərgah adlı şəxs həmin təmir olunmuş detalı sürücüyə verməkdən imtina edir. Səbəb kimi isə bildirir ki, DYP-dən verilən sənədin bir yerində ağardıcı məhluldan istifadə edərək yenidən yazı yazılıb. Sənəddə bu problem olduğuna görə sığorta servisə ödəniş etməyəcək.

Buradan sual yaranır ki, əgər sənədlər qaydasında deyildisə avtomobilin təmirə yönləndirilməsi ilə bağlı verilən aktda sənədlərin qaydasında olmasını necə təsdiq ediblər və zədələnmiş detal necə təmir olunub? Deməli bu akt saxta və keçərsiz bir sənəddir.

Ümid edirik ki, yaranmış süründürməçiliklə bağlı yuxarı instansiyalar müvafiq tədbirlər görəcək.

Dövlət Sığorta Şirkəti jurnalistə qarşı süründürməçilik edir-





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Sərnişin avtobusunu ələ keçirdi, polis tərəfindən vuruldu -

Sərnişin avtobusunu ələ keçirdi, polis tərəfindən vuruldu - VİDEO

İlqar Məmmədovun açıqlaması AXCP və Müsavatı hiddətləndirib -

İlqar Məmmədovun açıqlaması AXCP və Müsavatı hiddətləndirib - QALMAQAL

Azərbaycanda jurnalist özünü yanan binadan atdı

Azərbaycanda jurnalist özünü yanan binadan atdı

Bakı polisi:

Bakı polisi: "Neftçi" azarkeşlərini stadiondan polis çıxartmayıb"

Ağdaşın icra başçısının sərvəti açıqlandı-

Ağdaşın icra başçısının sərvəti açıqlandı- SİYAHI+ŞİKAYƏT

5 milyon dollarlıq dələduzluq əməli məhkəmədə araşdırılacaq

5 milyon dollarlıq dələduzluq əməli məhkəmədə araşdırılacaq

Energetika naziri vətəndaşları qəbul edib -

Energetika naziri vətəndaşları qəbul edib - FOTOLAR

Nazir Tovuzda, nazirin birinci müavini Ağstafada vətəndaşlarla görüşəcək

Nazir Tovuzda, nazirin birinci müavini Ağstafada vətəndaşlarla görüşəcək

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Prezident İlham Əliyevin Fərmanı ilə ölkədə 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır

Prezident İlham Əliyevin Fərmanı ilə ölkədə 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yeni İcra və Kommunikasiya Planlarının icrasına start verir

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yeni İcra və Kommunikasiya Planlarının icrasına start verir

Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başladı -

Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başladı -

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur