Azərbaycan jurnalistikasının zirvələrindən biri...

Xəbərin çap versiyası
Tarix: 9-05-2019, 21:05    |    Xəbər oxunub: 608 dəfə
Azərbaycan jurnalistikasının zirvələrindən biri...


Bəlkə də 2010-cu il idi. Onun təşkil etdiyi treninqlərdən birində iştirak edirdim. Fasilə zamanı təsadüfən dəhlizdə həmsöhbət olduq. Yaddaşımda iti zəkalı, peşəsini dərindən bilən, müasir təfəkkürlü bir insan kimi qaldı. Kübarlığı, yüksək mədəniyyəti davranışında öz əksini tapmışdı. Sonralar özüylə üz-üzə gəlməsəm də qələmə aldığı müxtəlif yazılarını oxudum. Həmin yazılar müəllifinin mükəmməl jurnalist olduğunu açıq-aşkar təqdim edirdi. Bəli, peşəkarlıqla səmimiyyət üst-üstə düşəndə və bunlar istedaddan qaynaqlananda ərsəyə gətirilən yazılar da gözəl, oxunaqlı olur. Əslində yazmaq həm asan, həm də çətindir. Asandır ona görə ki, yazmağı bacarırsan, çətinliyi isə ondadır ki, yazıya ruh qatıb canlandırmalısan. Məni qınamayın, bir yazı insanı yorursa ölü, düşündürürsə canlıdır. Canlı yazıları oxumaq adama zövq verir. Unutduqlarını yada salır, bilmədiklərini isə öyrədir…



Özündən soruşmamışam, amma yazılanlara görə Qazaxda doğulsa da Bakıda böyüyüb böya-başa çatıb. Lomonosov adına Moskva Dövlət Universitetində jurnalist ixtisasına yiyələnib. Azərinformun xüsusi müxbiri, “Azərbaycan gəncləri” qəzetinin bölmə müdiri, “Azadlıq” qəzetinin baş redaktor müavini, “Xəzər” jurnalının baş redaktoru, “Turan” məlumat-nəşriyyat müəssisəsinin müdiri, Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi, “Xəzər” universitetinin müəllimi, Bakı Mətbuat Klubunun prezidenti, “Gün-səhər” qəzeti idarə heyətinin sədri olub. Azərbaycan Mətbuat Şurasının yaradılması layihəsinin müəllifi və qurumu yaradanlardan biridir. Jurnalist peşəkarlığı və söz azadlığına aid 40-dan artıq beynəlxalq konfransın hazırlanması və keçirilməsində istirak edib. Ölkədə ən nüfuzlu "Media açarı" Jurnalist mükafatının təsisçisi, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədridir. 800-dən artıq publisistik məqaləsi çap olunub, televiziya və radio verilişlərinin, sənədli filmlərin müəllifidir. 9 kitabın müəllifi və tərtibatçısıdır. Zərdabi mükafatı laureatıdır…

Deyib ki,- “1960-cı ildə doğulmuşam, amma bioqrafiyamı 1968-ci ildən başlayardım. Niyəsini soruşmayın. Yeri gəlmişkən, ilk məqaləm mətbuatda həmin il dərc olunub. Küçəmizin bərbad yolu haqqında. O yol hələ də bərbaddır. Ömrüm boyu Bakıda, jurnalistika sahəsində çalışmışam – xaricdə dərs aldığım və dərs verdiyim qısa fasilələri nəzərə almasaq, - informasiya agentliyində, mətbuat xidmətində, qəzetdə, jurnalda, hətta bir az radioda da çalışmışam. Televiziyadan başqa”…

Ölkənin jurnalistika üzrə ilk elmlər doktoru Qulu Məhərrəmli isə onun barəsində bunları söylədi: "İntellektual, işgüzar, dürüst, əqidəli, mütaliə etməyi xoşlayan və prinsipial insandır. Azərbaycanda yeni tipli mətbuatı yaradanlardan biri də odur"…

Elədir ki var, sizinlə istedadlı jurnalist Arif Əliyev haqqında danışırdım. Yeri gəlmişkən, yaşadığım Amerika Birləşmiş Ştatlarında jurnalistika müqəddəs peşələrdən biri sayılır. Burada cəmiyyət jurnalisti təmiz, vicdanlı, dürüst insan kimi qəbul edib, ona inanır. Azərbaycan jurnalistikasında da təmiz, vicdanlı insanlar az deyil. Onlardan biri də Arif Əliyevdir. Məhz bu göstəricilərinə görədir ki, o, ölkə mətbuatında yeni cığır açmağı bacarıb. Şəxsi keyfiyyətləri ilə istedadına rəng qatan bu insanın son uğuru bizi çox sevindirir. Onun ssenarisi əsasında mərhum reşissor Rövşən Almuradlının quruluş verdiyi "Əsgərlər unudulanda ölürlər" sənədli filmi Xorvatiya və İstanbulda keçiriləcək festivallara vəsiqə alıb. Bəli, azadlığın beşiyi uzaq Amerikadan boylananda Arif Əliyev Azərbaycan jurnalistikasının zirvələrindən biri kimi görünür…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Xarici siyasətimizin növbəti böyük uğuru

Xarici siyasətimizin növbəti böyük uğuru

Vüqar Keramovdan möhtəşəm qələbə -

Vüqar Keramovdan möhtəşəm qələbə - FOTOLAR

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” –

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” – Elza Seyidcahan

“Rövşən Məmmədovun halına acıyıram” -

“Rövşən Məmmədovun halına acıyıram” - BABA VƏZİROĞLU

Gənc yazar İkinci Mahmud vəfat edib

Gənc yazar İkinci Mahmud vəfat edib

Gömrük Komitəsində daha bir rüşvət faktı:

Gömrük Komitəsində daha bir rüşvət faktı: polkovnik işdən qovuldu

Yeni nazirdən gözləntilər:

Yeni nazirdən gözləntilər: Müşfiq Rəhimovu da yola salacaq?

Azərbaycanda hərbi hissədə partlayış:

Azərbaycanda hərbi hissədə partlayış: 2 əsgər həlak oldu

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı -

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı - VİDEO

Xərçəngə qarşı yeni müalicə üsulu

Xərçəngə qarşı yeni müalicə üsulu

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

“Lotu Quli”nin adamları saxlanıldı

“Lotu Quli”nin adamları saxlanıldı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur