MTRŞ qanunu pozub: Açıqlama verməlidirlər

Xəbərin çap versiyası
Tarix: 11-05-2019, 17:59    |    Xəbər oxunub: 577 dəfə
MTRŞ qanunu pozub:


Milli Televiziya və Radio Şurası yenə qanunları pozub.



MTRŞ-in rəsmi səhifəsində 23 aprel 2019-cu il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirildiyi, İclasda "Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci TV yayım kanalı olmaqla) ümumrespublika televiziya yayımı üçün MÜDDƏTSİZ lisenziya verilməsinin qərara alındığı bildirilib.

MTRŞ müddətsiz lisenziya verə bilərmi? Əsas sual budur. Qanunlar MTRŞ-a bu hüququ vermir.

Teleradio sahəsini tənzimləyən xüsusi qanun - Televiziya və radio yayımı haqqında Azərbaycan Respublikasının Qanunudur. Qanunun 22-ci maddəsi Xüsusi razılığın (lisenziyanın) qüvvədə olma müddətini müəyyən edib: "22.1. Ərizədə daha az müddət göstərilməyibsə, xüsusi razılıq (lisenziya) 6 il müddətinə verilir. Bu müddətdə ayrılan tezlikdən istifadə texniki baxımdan mümkün deyilsə, xüsusi razılıq (lisenziya) daha az müddət üçün verilə bilər.”

Görüldüyü kimi lisenziya müddəti maksimum 6 il müddətinə verilə bilər.

Lisenziyalara dair əsas qanunvericilik aktı hesab olunan "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanunu da bəzi lisenziyaların müddətsiz olmasını qəbul etsə də istisnalar olduğunu bildirib və qeyd edib ki: "Azərbaycan Respublikasının qanunlarında müddət müəyyən edilməyibsə, icazələr müddətsiz verilir.” Qanun aydın şəkildə deyir ki, başqa qanunda lisenziya üçün müəyyən olunan müddət varsa, o tətbiq edilməlidir.

MTRŞ-i çaşdıran yəqin ki, Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2015-ci il tarixdə imzaladığı № 713 saylı Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında Fərmandır. Lakin dörd ciddi məqam qarışdırılıb.

Birincisi, Prezidentin Fərmanı konkret İcra Hakimiyyəti orqanları tərəfindən verilən lisenziyalara aiddir. MTRŞ özü qəbul etməsə də, icra orqanı yox, dövlət orqanıdır. Qanun MTRŞ-ı dövlət orqanı olaraq nəzərdə tutub.

İkincisi, Fərmanın imzalandığı 2015-ci ildən sonra müvafiq sahədə yeni Qanun qəbul edilib. Bu "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunudur. Həmin Qanun Fərmandan fərqli tənzimləmə gətirib və yuxarıda 22-ci maddənin tələbini vurğuladım.

Üçüncüsü, Konstitusiyanın 148-ci maddəsində qanunlar fərmanlardan üstün hesab edilir və 149-ci maddənin (normativ hüquqi aktların qüvvəsi) IV bəndində: "IV. Azərbaycan Respublikası Prezidentinin fərmanları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olmamalıdır”- deyilir.

Dördüncüsü, 21 dekabr 2010-cu il tarixli, № 21-IVKQ tarixli Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.6 maddəsi: "Fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir- deyərək, əslində MTRŞ-ın necə davranmalı olduğunu göstərib.

Bütün bu saydığım normalar MTRŞ-ın son verdiyi lisenziyanı müddətsiz verməklə qanunvericiliyin şərtlərini açıq pozduğunu göstərir. Bundan öncəki lisenziya müddəti bitən yayımçıların lisenziyalarının uzadılması zamanı da bu yanlış addım atılıb və qanunvericiliyin tələbi pozulub.

MTRŞ dərhal nədən qanunvericiliyi pozaraq belə bir addım atdığını əsaslandıran açıqlama vermək məcburiyyətindədir. Təbii ki, yalnız qanunlara istinad edərək!

MTRŞ qanunu pozub:

Ələsgər Məmmədli
Media eksperti





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Sərnişin avtobusunu ələ keçirdi, polis tərəfindən vuruldu -

Sərnişin avtobusunu ələ keçirdi, polis tərəfindən vuruldu - VİDEO

İlqar Məmmədovun açıqlaması AXCP və Müsavatı hiddətləndirib -

İlqar Məmmədovun açıqlaması AXCP və Müsavatı hiddətləndirib - QALMAQAL

Azərbaycanda jurnalist özünü yanan binadan atdı

Azərbaycanda jurnalist özünü yanan binadan atdı

Bakı polisi:

Bakı polisi: "Neftçi" azarkeşlərini stadiondan polis çıxartmayıb"

Ağdaşın icra başçısının sərvəti açıqlandı-

Ağdaşın icra başçısının sərvəti açıqlandı- SİYAHI+ŞİKAYƏT

5 milyon dollarlıq dələduzluq əməli məhkəmədə araşdırılacaq

5 milyon dollarlıq dələduzluq əməli məhkəmədə araşdırılacaq

Energetika naziri vətəndaşları qəbul edib -

Energetika naziri vətəndaşları qəbul edib - FOTOLAR

Nazir Tovuzda, nazirin birinci müavini Ağstafada vətəndaşlarla görüşəcək

Nazir Tovuzda, nazirin birinci müavini Ağstafada vətəndaşlarla görüşəcək

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Prezident İlham Əliyevin Fərmanı ilə ölkədə 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır

Prezident İlham Əliyevin Fərmanı ilə ölkədə 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yeni İcra və Kommunikasiya Planlarının icrasına start verir

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yeni İcra və Kommunikasiya Planlarının icrasına start verir

Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başladı -

Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başladı -

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur