AzTV-də Bədii Şuranın növbəti iclası keçirilib

Xəbərin çap versiyası
Tarix: 10-06-2019, 17:20    |    Xəbər oxunub: 560 dəfə
AzTV-də Bədii Şuranın növbəti iclası keçirilib


“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nəzdində Bədii Şuranın növbəti iclası keçirilib.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclasda QSC-nin sədri vəzifəsini icra edən Rövşən Məmmədov Şuranın ötən ay keçirilən son iclasından indiyə qədər görülən işlər barədə məlumat verib. Bu müddətdə AzTV-də “Gənclik stansiyası” adlı gəncləri əhatə edən mövzularla bağlı yeni formatda daha bir veriliş start götürüb. Bundan başqa “Nəsimi İli” çərçivəsində “Mədəniyyət” TV-də Qiraət müsabiqəsi başa çatıb.

Eyni zamanda yaxın zamanda daha iki yeni layihəyə start veriləcək. Bunlardan biri hərbi vətənpərvərlik mövzusunda, tamamilə yeni formatda “Vətənə xidmət” tok-şousudur. Tok-şou hərbi çadırdan yayımlanacaq. Digəri isə əməkdar artist, şoumen Bəhram Bağırzadənin təqdimatında “Bəhram+” telelayihəsi olacaq. İclasda çıxış edən Şura üzvləri xalq artistləri Mübariz Tağıyev, Mənsum İbrahimov, şair Baba Vəziroğlu, əməkar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, bəstəkar Faiq Şücəddinov və digərləri çıxış edərək son aylar Azərbaycan Televizyasında aparılan islahat və yenilikləri təqdir edib, ictimaiyyətin təşəkkürlərini çatdıraraq təkliflərini də səsləndiriblər. Təkliflər ədiblərin yaradıcılığından ibarət yeni formatda veriliş, axşam şousu tipli yeni veriliş, canlı verilişlərin, musiqili verilişlərin sayının artırılması, aparıclar və sair ilə bağlı olub.

AzTV-də Bədii Şuranın növbəti iclası keçirilib


Fransadan səfərdən dönən Şura üzvü, xalq artisti Fidan Hacıyevə bu ölkədə yaşayan azərbaycanlıların son aylar AzTV-də baş verən yeniliklər ilə bağlı təşəkkürlərini çatdırıb. Sonra yaradıcı və texniki sahədə yeniliklərdən, qarşıda duran məsələlərdən danışılaraq şura üzvlərinin təklifləri əsasında qərarlar qəbul edilib. Yaradıcı heyətdə kadrların daha da yenilənməsi istiqamətində Mədəniyyət və İncəsənət Universitetilə sıx əməkdaşlıq barədə də qərar qəbul edilib. Eyni zamanda qərara alınıb ki, Bədi Şuranın nəzdində qurumda təmsil olunan aidiyyəti şəxslərdən ibarət Musiqi Qrupu da yaradılsın.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Şəmkirdə evdə yanğın olub, ölən və xəsarət alanlar var

Şəmkirdə evdə yanğın olub, ölən və xəsarət alanlar var

Qazaxıstanda sutka ərzində iki dəfə zəlzələ olub

Qazaxıstanda sutka ərzində iki dəfə zəlzələ olub

Kabildə toy mərasimində partlayış olub:

Kabildə toy mərasimində partlayış olub: 63 ölü, 183 yaralı

Atəşkəs bu gecə də pozulub

Atəşkəs bu gecə də pozulub

Bu gün dövlət qulluğuna qəbul imtahanı keçirilir

Bu gün dövlət qulluğuna qəbul imtahanı keçirilir

Binəqədidə “Amay Abdulla”ya qarşı aksiya keçirildi -

Binəqədidə “Amay Abdulla”ya qarşı aksiya keçirildi - VİDEO

Leyla Ramazanlı və Zaur Əmiraslanovdan yeni duet -

Leyla Ramazanlı və Zaur Əmiraslanovdan yeni duet - VİDEO+FOTOLAR

Lerikin məşhur istirahət mərkəzində otaqdan ilan çıxdı -

Lerikin məşhur istirahət mərkəzində otaqdan ilan çıxdı - FOTO

Göyçayda toy karvanında qəza:

Göyçayda toy karvanında qəza: 6 yaralı var

Vilayət Eyvazovdan yeni təyinatlar

Vilayət Eyvazovdan yeni təyinatlar

Jurnalist təyyarə qəzasında öldü

Jurnalist təyyarə qəzasında öldü

Etibar Pirverdiyevin şirkəti dar ayaqda -

Etibar Pirverdiyevin şirkəti dar ayaqda - "Bağda ərik qurtardı..."

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur