KİVDF bu qəzetlərə maliyyə yardımı ayırdı - SİYAHI

Xəbərin çap versiyası
Tarix: 28-06-2019, 18:18    |    Xəbər oxunub: 532 dəfə
KİVDF bu qəzetlərə maliyyə yardımı ayırdı -


İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Şuranın sədri Həsən Həsənov iclası giriş sözü ilə açaraq bildirib ki, gündəlikdə Fondun 2019-cu ilin II yarısı üzrə KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqəyə təqdim edilmiş sənədlərin müzakirəsi məsələsi dayanır.



Məsələ ilə bağlı məlumat verən icraçı direktor Vüqar Səfərli bildirib ki, 2019-cu ilin ikinci yarısı üzrə KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş müsabiqə iyunun 4-dən 27-dək davam edib. “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”na əsasən 19 istiqamət üzrə keçirilmiş maliyyə yardımı müsabiqəsinə 26 ictimai-siyasi qəzetdən sənəd təqdim edilib.
V.Səfərli həmçinin, bildirib ki, müsabiqəyə sənəd təqdim edən 25 ictimai-siyasi qəzet indiyə qədər də maliyyə yardımı müsabiqələrində iştirak edib və Fond tərəfindən maliyyələşdirilib. Müsabiqədə yeni iştirak edən “Nedelya” qəzetinin sənədlərində çatışmazlıqlar olduğundan, qəzetə maliyyə yardımının ayrılması məqsədəuyğun hesab edilmir.
İcraçı direktor həmçinin bildirib ki, 2019-cu ilin II rübündə olduğu kimi, ictimai-siyasi qəzetlərin 3 kateqoriyaya (gündəlik, günaşırı və həftəlik) bölünməsini və maliyyələşdirilməsini təklif edilir.
Sonra Müşahidə Şurasının üzvləri yayım və tirajla bağlı təqdim edilmiş sənədlər əsasında geniş müzakirələr aparıblar. Müzakirələr nəticəsində ictimai-siyasi qəzetlərin təklif olunan 3 kateqoriya üzrə maliyyələşdirilməsi məqsədəuyğun sayılıb.
Müşahidə Şurasının üzvləri bu yanaşmanı qəzetlərin mənafeyinə tamamilə cavab verən optimal yanaşma kimi dəyərləndiriblər. Şuranın sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən – Bəhruz Quliyev, Əvəz Rüstəmov və Ayaz Mirzəyev Fondun maliyyə yardımının ictimai-siyasi qəzetlərin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyətini qeyd ediblər.
Müzakirələrin sonunda sənədləri tələb olunan şərtlərə cavab verən 25 ictimai-siyasi (gündəlik, günaşırı və həftəlik) qəzetin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edilib (Siyahı aşağıdakı cədvəldə təqdim olunur).

2019-cu ilin II yarısı üzrə maliyyə yardımı ayrılmış ictimai-siyasi qəzetlərin siyahısı

I kateqoriya – Gündəlik (həftədə 5 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlər

KİVDF bu qəzetlərə maliyyə yardımı ayırdı -


II kateqoriya – Günaşırı (həftədə 3 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlər

KİVDF bu qəzetlərə maliyyə yardımı ayırdı -


III kateqoriya – Həftəlik ictimai-siyasi qəzetlər

KİVDF bu qəzetlərə maliyyə yardımı ayırdı -





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Xarici siyasətimizin növbəti böyük uğuru

Xarici siyasətimizin növbəti böyük uğuru

Vüqar Keramovdan möhtəşəm qələbə -

Vüqar Keramovdan möhtəşəm qələbə - FOTOLAR

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” –

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” – Elza Seyidcahan

“Rövşən Məmmədovun halına acıyıram” -

“Rövşən Məmmədovun halına acıyıram” - BABA VƏZİROĞLU

Gənc yazar İkinci Mahmud vəfat edib

Gənc yazar İkinci Mahmud vəfat edib

Gömrük Komitəsində daha bir rüşvət faktı:

Gömrük Komitəsində daha bir rüşvət faktı: polkovnik işdən qovuldu

Yeni nazirdən gözləntilər:

Yeni nazirdən gözləntilər: Müşfiq Rəhimovu da yola salacaq?

Azərbaycanda hərbi hissədə partlayış:

Azərbaycanda hərbi hissədə partlayış: 2 əsgər həlak oldu

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı -

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı - VİDEO

Xərçəngə qarşı yeni müalicə üsulu

Xərçəngə qarşı yeni müalicə üsulu

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

“Lotu Quli”nin adamları saxlanıldı

“Lotu Quli”nin adamları saxlanıldı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur