Jurnalistlər üçün tikilən 3-cü yaşayış binası gələn il təhvil verilə bilər


Jurnalistlər üçün tikilən 3-cü yaşayış binası gələn il təhvil verilə bilər


Jurnalistlər üçün tikilən üçüncü yaşayış binasının gələn il Mətbuat Günündə təhvil verilməsi nəzərdə tutulur.



Qaynarinfo-nun məlumatına görə, bunu Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib.

Onun sözlərinə görə, artıq jurnalistlər üçün 2 bina tikilərək istifadəyə verilib. Həmin binalarda 411 jurnalist yaşayır: "Mediaya göstərdiyi dəstəyə görə mətbuat nümayəndələri adından Azərbaycan Prezidenti Ilham Əliyevə təşəkkür edirəm. Azərbaycan mətbuatına dövlət dəstəyi bundan sonra da davam edəcək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu