Tanınmış telejurnalist yeni sayt açdı: tibbə aid bütün xəbərlər sehhet.az-da!


Tanınmış telejurnalist yeni sayt açdı:


Onlayn mediada yeni internet portalı fəaliyyətə başlayıb. “Sehhet.az” adlı sayt tibbi yönümlü internet resursudur. AFN xəbər verir ki, saytda ancaq tibb və səhiyyəyə aid xəbərlər, yazıları dərc edilir.



Sayt rəhbərliyinin məlumatına görə, layihənin məqsədi cəmiyyətin səhiyyə və tibb xəbərləri sahəsində ixtisaslaşmış internet-resursa olan tələbatının qarşılanmasında iştirak etmək, tibbi maarifləndirməyə yardımçı olmaq, səhiyyə sahəsində ölkədə aparılan islahatlara dəstək verməkdir.

Oxucular saytda səhiyyə ilə bağlı rəsmi xəbərləri, açıqlamaları, elm adamları, mütəxəssislərlə, həkimlərlə maraqlı müsahibələri oxuya, dünyada və ölkədə tibblə bağlı son yenilikləri öyrənə, elmi nailiyyətlərlə tanış ola bilərlər.

Saytın izləyiciləri həkim məsləhətləri, ənənəvi tibbi müalicə üsulları ilə də tanış ola bilərlər. Saytda dərc edilən məqalələr etibarlı mənbələrdən istifadə edərək tərtib edilir. Digər tərəfdən saytda Azərbaycanın ən peşəkar və təcrübəli həkimlərinin fikirləri yer alır. “Sehhet.az”-dan istifadə edərək siz həkimlərə sual ünvanlaya bilə və ya xəstəliyinizə uyğun həkim tapa bilərsiniz. Qeyd edək ki, saytın yaradıcısı tanınmış jurnalist Amil Hacıyevdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu