MTRŞ ANS ÇM-in yayıldığı 102 tezliyi ilə bağlı müsabiqəni ləğv etdi


MTRŞ ANS ÇM-in yayıldığı 102 tezliyi ilə bağlı müsabiqəni ləğv etdi


Milli Televiziya və Radio Şurası 102,0 MHz işçi tezliyi ilə bağlı müsabiqəni ləgv edib.



Qaynarinfo xəbər verir ki, bu gün Milli Televiziya və Radio Şurasının iclası keçirilib. İclasda Milli Televiziya və Radio Şurası tərəfindən ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşeron yarımadası ərazisində 102,0 MHz işçi tezliyi ilə bağlı müsabiqənin nəticələri müzakirə olunub.

Müsabiqədə iştirak etmək üçün 5 hüquqi şəxs sənədlərini Şuraya təqdim edib: 1."Real Təhlil İnformasiya Mərkəzi” MMC; 2."TV-Media Azerbaijan” MMC; 3."Balans Studiyası” MMC; 4."İNS ÇM” MMC; 5."OMD Azerbaijan” MMC.

Üç iddiaçı - "TV-Media Azerbaijan” MMC, "OMD Azerbaijan” MMC və "Real Təhlil İnformasiya Mərkəzi” MMC sonradan müsabiqədə iştirak etməkdən imtina edib.

Bu səbəbdən, Milli Televiziya və Radio Şurasının "Teleradio yayımı sahəsində lisenziya üçün keçirilən müsabiqənin Qaydaları”nın 2.1.8.-ci bəndinə (Şura müsabiqədə 3-dən az iştirakçı iştirak etdikdə müsabiqəni ləğv edə və ya yeni müsabiqə elan edə bilər) əsasən Şura müsabiqənin ləğv olunması barədə qərar qəbul edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu