Rövşən Abdullaoğlunun yeni kitabı nəşr edilib


Bu günlərdə yazıçı Rövşən Abdullaoğlunun daha bir kitabı işıq üzü görüb.

Bu, yazıçının qələmindən çıxan sayca 20-ci kitabdır. Ancaq bu kitab əvvəlkilərdən xeyli fərqlənir. Belə ki, yazıçı bu dəfə tamam fərqli bir üsluba müraciət edib. Yeni nəşrdən çıxan bu kitab psixoloji roman üslubunda, gerçək hadisələrdən ilham alınaraq qələmə alınıb. Kitabın adı da qəribədir: “Bu şəhərdə kimsə yoxdur”. "Qədim Qala" Nəşriyyat evindən aldığımız məlumata görə, kitabın adı əsərin qəhrəmanının daxili aləmini əks etdirir. Əsərin qəhrəmanı öz iç aləmini, daxilindəki boşluğu belə ifadə edir: ˝Bu şəhərdə kimsə yoxdur! İnsanlarla dolu kimi görsənir, ancaq başını çiyninə qoyub ağlayacağın biri yoxdur. Səni anlayacaq, yıxılanda əl uzadaraq səni qaldıracaq biri yoxdur. Bu şəhərdə milyonlarla insanın içində sən təksən, kimsəsiz və gözəgörünməz! Bütün şəhərlər də eynən bu cürdür. Ölkələr də elə şəhərlərdən təşkil olunduğuna görə nəticədə bütün bu dünyada sən təksən. –Qoca mənə tanış fikirləri elə içdən dedi ki, elə hesab etdim ki, düşüncələrimi oxuyur. Həqiqətən də, mən on beş il idi ki, bu şəhərdə kimsənin olmadığını hesab edirdim. Mənə elə gəlirdi ki, şəhərlər tamamilə boş və sakinsizdir. Və mən ucsuz-bucaqsız bir səhrada tənha yaşayıram˝. Nəşriyyat evi tərəfindən kitabın oxuculara böyük bir həzz verəcəyi və ilk səhifədən oxucunu özünə çəkəcəyi bildirilir. Əsər dövrümüzün reallıqlarını, günümüzün acı həqiqətlərini özündə əks etdirir. Kitabı şəhərimizin istənilən kitab mağazalarından, böyük supermarket şəbəkələrindən və ya www.qedimqala.az saytından online olaraq və yaxud +994 55 404 31 32 nömrəsilə də əlaqə saxlamaqla əldə edə bilərsiniz.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu