Ziya Məmmədovun sözçüsünə AzTV-də vəzifə verildi


Ziya Məmmədovun sözçüsünə AzTV-də vəzifə verildi


"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini vəzifəsinə yeni təyinat olub.



Bu vəzifəyə jurnalist Namiq Həsənov təyin edilib. N.Həsənov "MediaPost"a açıqlamasında məlumatı təsdiqləyib.

Qeyd edək ki, Namiq Həsənov uzun illər sabiq Nəqliyyat naziri Ziya Məmmədovun mətbuat katibi olub.

Teleqraf. com-a daxil olan məlumata görə isə Nərgiz Rəfiyeva Az.TV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin edilib.

Nərgiz Rəfiyeva vaxtilə "Yeni Həyat" şirkətlər qrupunun PR və marketinq şöbəsinin direktoru, Park Cinemanın PR-meneceri vəzifələrində çalışıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu