ARB-dən COVİD-19-a yoluxan əməkdaşları barədə açıqlama


ARB-dən COVİD-19-a yoluxan əməkdaşları barədə açıqlama


COVİD-19 infeksiyasına qarşı qabaqlayıcı tədbirlər görülməsinə baxmayaraq, ARB24 telekanalının 4 əməkdaşında da koronavirus aşkarlanıb.



Telekanaldan verilən məlumata görə, ilk testi pozitiv çıxan 2 əməkdaş karantin şəraitində 1 həftə saxlanıldıqdan sonra verdiyi növbəti testin nəticəsi neqativ çıxıb və onlar artıq evə buraxılıblar: "1 əməkdaşımız isə xəstəxana şəraitində həkim nəzarətində saxlanıldıqdan sonra evə buraxılıb, müalicəsi ev şəraitində davam etdirilir. Hazırda 1 əməkdaşımızın müalicəsi xəstəxana şəraitində davam etdirilir. O, özünü yaxşı hiss edir, səhhətində ciddi ağırlaşma yoxdur.

Azərbaycanda koronavirusa ilk yoluxma halı qeydə alındıqdan sonra ARB Media qrupda ciddi təhlükəsizlik tədbirləri həyata keçirilir. Telekanalın əsas binasına, eləcə də kənardakı çəkiliş studiyalarına daxil olan bütün əməkdaşların və qonaqların hərarəti yoxlanılır. Qızdırması yüksək olanlar içəri buraxılmır, evə göndərilərək, qızdırma davamlı olduğu halda COVİD-19 testi verməsi tələb olunur. Binanın girişində, eləcə də bütün mərtəbələrdə əllərin spirtlə dezinfeksiya edilməsi üçün xüsusi qablar qoyulub. Telekanal binasındakı bütün otaqlar hər gecə ultrabənövşəyi şüa vasitəsilə dezinfeksiya edilir.

Əməkdaşlarımız birmənalı olaraq şirkət daxilində və çəkilişlərdə qoruyucu maskalardan istifadə edirlər, otaqlarda sosial məsafənin qorunması ciddi nəzarətdə saxlanılır.

Əməkdaşımızda virusa yoluxma ilə bağlı ilk fakt aşkarlandıqdan sonra telekanalın binasında bir neçə dəfə dezinfeksiya işləri aparılıb.

Bundan başqa, sərt karantin rejiminin tətbiq olunmasından etibarən proqram siyasətində dəyişiklik edilib, əməkdaşlar 2 qrupa bölünərək işləyirlər. Müvəqqəti olaraq, ARB24 telekanalında daha məhdud efir yayımına keçilib, canlı yayım verilişlərin sayı azaldılıb".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu