SOCAR AQŞ-nin jurnalistlər arasında keçirdiyi müsabiqənin nəticələri açıqlandı: 32 qalib var


SOCAR AQŞ-nin jurnalistlər arasında keçirdiyi müsabiqənin nəticələri açıqlandı:


SOCAR AQŞ-nin 22 iyul – Milli Mətbuat Gününə həsr edilmiş "Milli mətbuat koronavirusa qarşı” adlı jurnalist müsabiqəsinin nəticələri məlum olub. Müsabiqəyə təqdim olunmuş 64 materialdan 32-si mükafatlandırılıb. Şərtlərə görə, 30 qalib seçilməsi planlaşdırılırdı, lakin jüri qiymətləndirməsi nəticəsində 30, 31 və 32-ci yerlərdə olan jurnalistlərin balları eyni olduğu üçün onların hər üçü qalib kimi qəbul olunub. Həmçinin, material göndərmiş digər jurnalistlərə də SOCAR AQŞ tərəfindən xüsusi hədiyyələr təqdim ediləcək. Bir neçə material isə müsabiqə şərtlərini pozduğu üçün (plagiat, başqa tarixdə yayımlanma və s.) müsabiqəyə daxil edilməyib.



Layihə SOCAR AQŞ kollektivinin müəssisə daxilində yaratdığı "Koronavirusla mübarizə üçün ianə fondu”nun təşəbbüsü və maliyyəsi, "INPRESS PR Solutions” şirkətinin təşkilati dəstəyi ilə həyata keçirilib. SOCAR AQŞ-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səbinə Əkbərova bildirib ki, layihənin məqsədi həm jurnalistləri təbrik etmək, həm də koronavirusla bağlı ictimaiyyətin məlumatlanmasına dəstək olmaqdır: "Məqsədimizə çatdıq – koronavirusla bağlı maarifləndirici materialların hazırlanmasını stimullaşdırdıq və müsabiqədə iştirak edən bütün jurnalistlər cəmiyyətə fayda vermiş oldu. İlk 32 jurnalist üçün zamanın nəbzini tutmalarına və sağlamlıqlarını qorumalarına dəstək olmaq üçün ağıllı saatlar, digər 32 jurnalist üçün isə müasir jurnalistin fəaliyyəti zamanı ona lazım olacaq faydalı və dəyərli hədiyyələrimiz var”.

Ölkədəki karantin qaydaları səbəbindən, müsabiqənin nəticələri ilə bağlı tədbir keçirilməyəcək. Bugündən etibarən, "INPRESS PR Solutions” şirkətinin əməkdaşları materialları müsabiqəyə buraxılmış 64 jurnalistin hər biri ilə əlaqə saxlayaraq hədiyyələri çatdıracaqlar. Jurnalistlərdən xahiş olunur ki, sualları yaranarsa, +994 50 310 42 40 telefon nömrəsi vasitəsilə bu şirkətlə əlaqə saxlasınlar.

Müsabiqənin obyektivliyini qorumaq məqsədilə, münsiflər heyətinin üzvləri nəticələrin açıqlandığı bugünədək ictimaiyyətdən gizli saxlanılıb. Onlar cəmiyyətə yaxşı tanış olan aşağıdakı media ekspertləridirlər:

Məqsəd Nur – Yazıçı-jurnalist, televiziya eksperti, Lider TV, RTV (indiki ARB), ATV, AzTV kimi TV kanallarında rəhbər vəzifələrdə çalışıb.

Vüqar Zifəroğlu – Bakı Dövlət Universiteti, Jurnalistika fakültəsinin dekanı.

Emin Musəvi – ASAN Radionun direktoru.

Səbinə Məlikova – "Belə belə işlər” media layihəsinin rəhbəri.

Vüqar İbadov – Bakı Media Mərkəzinin video və foto mütəxəssisi.

Münsif üzvlər öz ballarını digər jüri həmkarlarının kim olmasından xəbərsiz formada veriblər. Müsabiqənin təşkilati işlərini icra edən "INPPRESS PR Solutions” şirkəti jüri üzvlərin verdiyi balları bir yerdə toplayaraq son nəticəni hesablayıb.

Müsabiqənin yekunu olaraq, saglamxeber.az saytı yaradılıb və həm müsabiqənin nəticələri, həm də təqdim olunmuş materiallar bu saytda yerləşdirilib. Hələlik ilk 32 material yayımlanıb, həftə ərzində digər materiallar da saytda yayımlanacaq.

Jüri üzvləri və verdikləri qiymət
(10 ballıq sistemlə)

SOCAR AQŞ-nin jurnalistlər arasında keçirdiyi müsabiqənin nəticələri açıqlandı:

SOCAR AQŞ-nin jurnalistlər arasında keçirdiyi müsabiqənin nəticələri açıqlandı:

SOCAR AQŞ-nin jurnalistlər arasında keçirdiyi müsabiqənin nəticələri açıqlandı:



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu