Nəşriyyat rəhbərinin qızı özünü DYP işçisi kimi təqdim edib jurnalisti təhdid etdi - FOTO


Nəşriyyat rəhbərinin qızı özünü DYP işçisi kimi təqdim edib jurnalisti təhdid etdi -


Tanınmış jurnalist Aynur Elgünəşi təhqir və təhdid ediblər.



Bu barədə jurnalistin özü məlumat verib. Aynur Elgünəş hadisənin araşdırılması üçün Daxili İşlər Nazirliyinə müraciət edib: "Bu gün saat 20:00-da maşınımı yumaq üçün qoyduğum maşınyuma məntəqəsindən (Azadlıq prospekti ilə Koveroçki küçəsinin kəsişməsində yerləşir) götürərkən onun vurulduğunu gördüm. Məntəqənin sahibi yaxınlaşıb dedi ki, işçisi maşını geriyə verərkən vurub. Biz onunla danışıb razılaşırdıq ki, sabah gəlim, ustaya gedək”.

Jurnalist deyir ki, elə bu vaxt ona bir qadın yaxınlaşaraq "bu maşın çoxdan vurulub" deyə bildirib: "Qadından kim olduğunu soruşdum. Eyni vaxtda oğlan da maşını indi vurduğunu söylədi. Qadın da ona "heç nə eləmə, zəhmət çəkəydi maşını yumağa verəndə etibarnəmə verəydi sənə" söylədi. Yanımda olan dostlarım bunun təxribat olduğu ehtimalını səsləndirdilər və mənə baş qoşmamağı tövsiyə etdilər. Mən də qadına cavab olaraq "işverəndi deyəsən, baş qoşmuram" dedim. Qadın bunu eşitdikdə üstümə cumub "Mən Respublika QAİ-sinin işçisiyəm, sən bundan sonra maşın sürsən qulağının arxasını görərsən", dedi. Onun şəklini çəkdim. Arxada dayanan kişi üstümə hücum edib telefonu əlimdən almağa çalışdı. Dedi ki, bacısının şəklini çəkə bilmərəm. Qadın isə məni küçə söyüşləri ilə təhqir etdi. Ətrafdakılar araya girib məni maşına mindirdilər. Qadın başını maşına soxub "Mənim ərim polkovnikdir, özüm də QAİ (DYP) işçisiyəm, əgər şəklimi paylaşmasan q... , yox, əgər mən sənin maşınının altına adam atdırıb səni içəri soxdurmasam, onda mən q..." dedi. Qardaşı isə dedi ki, səni bu şəhərdə hərəkət etməyə qoymayacağam".

Aynur Elgünəş hadisəni araşdırarkən ona hücum çəkənlərin Qələbə Əlillər Cəmiyyətinin sədri, Qarabağ müharibəsi veteranı Mehdi Vedili, qadının isə onun bacısı Surə Vedili olduğunu öyrənib: "Atalarının "Qorqud" nəşriyyatının rəhbəri olduğunu dedilər. Hadisənin təxribat və ya təsadüf olduğunu bilmirəm. Ancaq özünü DYP əməkdaşı kimi təqdim etdiyindən və ləyaqətimi alçaltdığından DİN-in rəsmi səhifəsinə şikayət yazdım”.

Nəşriyyat rəhbərinin qızı özünü DYP işçisi kimi təqdim edib jurnalisti təhdid etdi -



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu