AFN.AZ / Rövşən Abdullaoğlunun "Qorxular" adlı yeni kitabı çapdan çıxıb

Rövşən Abdullaoğlunun "Qorxular" adlı yeni kitabı çapdan çıxıb

Yazıçı Rövşən Abdullaoğlunun “Emosiyalar psixologiyası silsiləsindən” QORXULAR adlı yeni kitab çapdan çıxıb.

AFN.az xəbər verir ki, bu kitab qorxularla yaşamağa adət etmiş, qorxularından bezmiş və nəhayət qorxularından azad olmaq istəyən insanların kitabıdır. Bu kitabı oxumayan insan qorxularla yaşamağa məhkumdur. Əsəri oxuduqdan sonra görəcəksiniz ki, bu, boş bir iddia deyildir. Bu kitabı oxuyan zaman əlinizə kağız və qələm alın. Belə ki, kitab sizi aşkar etməkdən çəkindiyiniz qorxularınızla tanış edəcək, sizə özünüzü tanıdacaqdır. Qorxu hissi insan təbiətinə xas olan psixoloji duyğuların ən əzabvericisidir. Bundan qurtulmayan insan bütün həyatını əlil biri kimi yaşayacaq, bununla da maddi və mənəvi tərəqqi etməsi çətinləşəcəkdir. Belə birinin cəmiyyətdə, ailədə, dostlar arasında layiqli yeri olmayacaqdır. Bu kitab sizi o əzablardan qurtarmaq üçün atılmış ilk və mühüm addımdır.
Kitabı şəhərimizin kitab mağazalarından soruşa bilərsiniz.
Və yaxud qedimqala.az saytından online sifariş verməklə əldə edə bilərsiniz. Bu nömrə ilə də əlaqə saxlamaqla kitabı əldə edə bilərsiniz: +994 55 404 31 32

Qeyd: Yazıçı Rövşən Abdullaoğlu filosof-şərqşünas və psixoloqdur. O, 1978-ci ildə Azərbaycanda, Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. Ali təhsilini və hərbi xidmətini bitirdikdən sonra şərqşünaslıq, teologiya və fəlsəfə sahələrində müxtəlif təhsil ocaqlarında yüksək ali təhsil almışdır. O bu sahədəki təhsilinə ömrünün 8 ildən çoxunu həsr etmişdir.

Yazıçı bundan başqa psixologiya sahəsində də yüksək ali təhsil almışdır. O, Moskvanın “Pozitiv Texnologiya və Konsaltinq” institutunun “Psixoloji konsultasiya” fakultəsinin “Geştalt-terapiya metodu üzrə psixoloji müşavir” ixtisasına yiyələnmişdir.

Ana dili olan Azərbaycan dilindən başqa Ərəb, Fars, və Rus dillərini mükəmməl bilən yazıçının Azərbaycanda bu günə qədər 9 müstəqil, 9 tərcümə və şərh, 2 tərcümə olmaqla 20 kitabı yayımlanmışdır. Yazıçının motivasiya psixologiyası silsiləsindən olan “Arxadakı körpüləri yandırın” adlı kitabı 2014-cü ildə Türkiyədə də nəşr olunmuşdur.

Yazı janrı nəsr, esse, motivasiya psixologiyası, irfan, fəlsəfə və teologiyadır. Yazıçı hazırda psixologiya, fəlsəfə, teologiya sahələri üzrə elmi araşdırmalarını davam etdirməkdədir.

[medium=left]http://afn.az/uploads/posts/2015-03/1427617535_kitabsohlet.jpg[/medium]
29-03-2015, 13:24
Geri qayıt