AFN.AZ / Vahid Naxış ATV-yə qarşı savaşa başladı

Vahid Naxış ATV-yə qarşı savaşa başladı

ANS-in keçmiş prezidenti Vahid Mustafayevin təhsis etdiyi İstipress.az saytı ATV-dəki rüşvət qalmaqallarından yazıb.

Qalmaqalda adları çəkilən hüquqşünaslar məsələyə münasibət bildirib

İstiPress-ə açıqlama verən hüquqşünas Vüqar Səfərli adının belə bir məsələdə hallanmasından narahat olduğunu və məsələnin hüquqi müstəvidə həll olunmasının tərəfdarı olduğunu bildirib:

"Mən hazırda Xətai Rayon Polis İdarəsindəyəm. Burada olmağıma səbəb məni şantaj, böhtan edən İlhamə Mehdiyə qarşı şikayət etməyimdir. Qanunvericilik ölçü götürəcək. Hüquqşünas olaraq, bu əməllərin sona çatdırılması uğrunda mübarizəmi aparacağam. O, səhlənkarlığına görə işdən çıxıb. Üstəlik də, bizə, verilişə dəvət olunanlara qara yaxır".

Qalmaqalda adı hallanan digər hüquqşünas Xəyal Bəşirli də qeyd olunan ittihamların yalan olduğunu açıqladı:

"Onun dedikləri yalandır. Belə şeylər yoxdur. Mən şəxsən öz adıma deyirəm ki, mən belə halla rastlaşmamışam. Amma mən sonradan məsələ ilə maraqlanmışam. Öyrəndim ki, İlhamə xanımı işdən çıxardıblar. Amma bu cür fikir bildirmək yalnış bir addımdır. İnsan əvvəl işlədiyi yeri bu cür ləkələməz. Bir daha təkrar edirəm ki, mən “Qanunla biz” verilişinə pul verib getməmişəm. Deyilənlər yalandır. Bizi o verilişə qonaq kimi dəvət ediblər. Özü də ayda bir dəfə dəvət olunmuşuq".

Hüquqşünas Asif Abdullayevin də fikri həmkarlarının fikri ilə demək olar ki, eynilik təşkil edib:

"Mən o məsələ ilə bağlı bildirmək istəyirəm ki, İlhamə Mehdinin yazdıqları həqiqətə uyğun deyil. O verilişdə iştirak edən vəkillərdən biri də mənəm. Mən təsdiq etmək istəyirəm ki, İlhamə Mehdinin dedikləri həqiqəti əks etdirmir. Mən onun dediyi hallarla rastlaşmamışam. İlhamə xanım dediklərini məhkəmə müstəvisində sübut etmək məcburiyyətində qalacaq. Bu açıqlamalarına görə o, müəyyən hüquqi məsuliyyətə cəlb oluna bilər. Mənim tərəfimdən o verilişdə qanundan kənar bir hala rast gəlinməyib".

Xatırladaq ki, ATV telekanalının keçmiş əməkdaşı İlhamə Mehdi "facebook" sosial şəbəkəsində yazdığı statusda Zülfiyyə Bayramovanın layihə rəhbəri və aparıcısı olduğu "Qanunla biz" verilişinə dəvət olunan hüquqşünaslardan pul alınaraq efirə çıxarıldığını bildirib.

Vahid Naxış ATV-yə qarşı savaşa başladı
22-12-2016, 20:03
Geri qayıt