“Azad Azərbaycan” Teleradio Yayım Şirkətinin prezidenti Vüqar Qaradağlı vəzifəsindən uzaqlaşdırılıb.AzVision.az xəbər verir ki, kanalın idarəçiliyi müvəqqəti olaraq CBC telekanalının baş direktoru Azər Xəlilova tapşırılıb.
Məlumatı Azər Xəlilov təsdiqləyib. O bildirib ki, hazırda kanalda iclas keçirilir.