AFN.AZ / “Azərbaycanca Vikipediya”da məşhur idmançı Hafiz Baxşəliyevin məqaləsi yaradılıb

“Azərbaycanca Vikipediya”da məşhur idmançı Hafiz Baxşəliyevin məqaləsi yaradılıb

“Azərbaycanca Vikipediya”da məşhur idmançı Hafiz Baxşəliyevin məqaləsi yaradılıb


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) keçirdiyi “Vikipediya” təliminin iştirakçısı tərəfindən “Azərbaycanca Vikipediya”da Londonda yaşayan məşhur idmançı, dünya və Avropa çempionu Hafiz Baxşəliyevin məqaləsi yaradılıb.

MEK-dən bildiriblər ki, H.Baxşəliyev 2005-ci ildə “Rossiya protiv Mir” peşəkar kikboks yarışında dünyanın ən güclü idmançıları arasında rinqə çıxıb. O, yarışda rus kikboksçusuna qalib gələn yeganə idmançı olub.

Hafiz Baxşəliyev Böyük Britaniyada Azərbaycanla bağlı keçirilən tədbirlərdə fəal iştirak edir.

Məqalə ilə daha ətraflı bu linkdə tanış olmaq olar.
23-11-2017, 19:46
Geri qayıt