AFN.AZ / Səhiyyə Nazirliyinin mətbuat xidmətində yeni təyinat

Səhiyyə Nazirliyinin mətbuat xidmətində yeni təyinat

Səhiyyə Nazirliyinin mətbuat xidmətində yeni təyinat


İndiyədək CBC telekanalında Xəbərlər Departamentinin prodüseri vəzifəsində işləyən Yaqut Məmmədova (Tapdıqqızı) Səhiyyə Nazirliyinin mətbuat xidmətinə təyinat alıb. Onun mətbuat xidmətinə məsləhətçi təyin olunduğu bildirilir.

Bu barədə məlumatı nazirlikdən təsdiqləyiblər.

Xatırladaq ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Liya Bayramova bir müddət öncə elmi fəaliyyəti ilə bağlı işdən çıxmışdı. Şöbənin digər əməkdaşı Cavid Xəlilov da könüllü olaraq işdən azad edilmişdi.

Qeyd edək ki, Yaqut Məmmədova əvvəllə "Lider" TV-də, "New Bakupost" qəzetində çalışıb. (modern.az)
18-05-2018, 18:04
Geri qayıt