AFN.AZ / Jurnalistlər üçün tikilən 3-cü binanın istifadəyə veriləcəyi vaxt açıqlandı

Jurnalistlər üçün tikilən 3-cü binanın istifadəyə veriləcəyi vaxt açıqlandı

Jurnalistlər üçün tikilən 3-cü binanın istifadəyə veriləcəyi vaxt açıqlandı


2017-ci ildə jurnalistlər üçün təməli qoyulan 3-cü binanın tikintisi davam etdirilir.

Bunu Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli deyib.

O qeyd edib ki, sayca 3-cü olan binanın artıq 3-cü mərtəbəsi inşa olunur:

"16 mərtəbəli, 2 giriş blokundan ibarət yaşayış binasında 255 mənzil olacaq. Bina 2020-ci ilin iyul ayında jurnalistlərin istifadəsinə veriləcək". (Trend)
18-07-2018, 13:40
Geri qayıt