Əsas Səhifə > Media / Son Dəqiqə > "Milli mətbuatımızın 143-cü ilində də qələminiz iti, sözünüz kəsərli olsun"-

"Milli mətbuatımızın 143-cü ilində də qələminiz iti, sözünüz kəsərli olsun"-


22-07-2018, 02:06.
title}
"Milli mətbuatımızın 143-cü ilində də qələminiz iti, sözünüz kəsərli olsun"-


Avrasiya Kombat Ciu-Citsu Federasiyanın prezidenti, iqtisadiyyat üzrə fəlsəfə doktoru, içtimai xadim Aqil Acalov 22 iyul Milli Mətbuat Günü münasibəti ilə media nümayəndələrinə təbrik ünvanlayıb. AFN təbriki olduğu kimi təqdim edir:

Azərbaycan mətbuatı artıq 143-cü ilindədir. Bu illər ərzində bütün maneçiliklərə baxmayaraq, irəlilədi. Bu gün "Əkinçi"dən başlayan mətbuat ənənəmizi sözü və qələmi ilə Vətənimiz, millətimiz uğrunda layiqli şəkildə davam etdirən media nümayəndələri var.

Əziz media nümayəndələri, ilin hər günü siz bizlərdən yazır, bizlərə diqqət göstərirsiniz. Bu gün isə sizin gününüzdür, diqqət mərkəzində də sizsiniz, bütün xoş sözlərə layiq də sizlərsiniz. Bu gün Azərbaycan mətbuatı 4 cü hakimiyyət adlandırılır və bu tam da doğrudur - istər, ölkəmizin, istərsə gənclərin, idmançıların, mədəniyyəti xadimlərini işıqlandırılmasında müstəsna rolunuz var.

Fürsətdən istifadə edərək bildirmək istərdim ki, Avrasiya Kombat Ciu-Citsu Federasiyasının yanında olan uğurlarımızı işıqlandıran jurnalistlərimizə təşəkkürlərimi bildirirəm. Hər zaman yanımızda olduğunuza görə, idmana və idmançılarımıza göstərdiyiniz diqqət və qayğıya görə sizə minnətdaram. Milli mətuatımızın 143-cü ilində də qələminiz iti, sözünüz kəsərli olsun.

Hörmətlə, Avrasiya Kombat Ciu-Citsu federasiyanın prezidenti Aqil Acalov.


Geri qayıt