Əsas Səhifə > Media / Son Dəqiqə > Milli mətbuat gününə töhfə

Milli mətbuat gününə töhfə


22-07-2018, 23:44.
title}
Milli mətbuat gününə töhfə


22 iyul Azərbaycan Milli mətbuat günü kimi qeyd olunur. 1875-ci ilin bu günündə ilk dəfə Azərbaycan dilində “Əkinçi” qəzeti nəşr olunub.



Qəzetin 22 iyul 1875-ci ildən 29 sentyabr 1877-ci ilə qədər 56 sayı çap olunub. Bunlardan 12 nömrə 1875-ci ildə, 24 nömrə 1876-cı ildə, 20 nömrə isə 1877-ci ildə işıq üzü görüb.

“Milli Mətbuat Günü” ilə bağlı AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən yeni məqalələr yaradib, mövcud olanları isə yeniləyiblər. Bu barədə cebhe.info-ya AMEA MEK-in şöbə müdiri Elnur Eltürk məlumat verib: “Azərbaycan dilində olan Vikipediyanın, Vikikitabın və Vikimənbənin idarəçisi Araz Yaquboğlu da könüllülərin fəaliyyətinə dəstək olaraq Azərbaycanca Vikimənbədə “Əkinçi” qəzetinin bütün nömrələrini və ayrı-ayrı nömrələrdəki çap olunan müxtəlif başlıqlı məqalələri Vikimənbədə yerləşdirməklə “Milli Mətbuat Günü”nə töhfə verməkdədir.

Özü də “Laçın yurdu” jurnalında baş redaktorun müavini Araz Yaquboğlu başlatdığı bu işin artıq 30 %-ni görüb. İnanırıq ki o, 22 iyul “Milli mətbuat və Jurnalistika günü”nə kimi başlatdığı işi tamamlayacaq”. Qəzetin nömrələrini bu linkdən oxuya bilərsiniz:

https://az.wikisource.org/wiki/%22%C6%8Fkin%C3%A7i%22_q%C9%99zeti
Geri qayıt