AFN.AZ / “Xalq cəbhəsi” Media Qrupu yaradıldı

“Xalq cəbhəsi” Media Qrupu yaradıldı

“Xalq cəbhəsi” Media Qrupu yaradıldı


Mayın 1-dən başlayaraq, “Xalq Cəbhəsi” qəzeti, xalqcebhesi.az saytı, BayMedia (baymedia.az) və Avrasiya (avrasiya.net) informasiya agentlikləri fəaliyyətlərini vahid platformada davam etdirəcəklər.



Adıçəkilən kütləvi informasiya vasitələrinin daxil olduğu qrup “Xalq cəbhəsi” Media Qrupu adlanır.

İnformasiya məkanında mövcud olan reallıqlar və çağırışlar bizi fəaliyyətimizə yenidən baxmağa sövq edir. Artıq bir neçə aydır ki, xalqcebhesi.az və baymedia.az saytlarının daha modern mobil və PC nümunələri üzərində işləyirik. Bir neçə gündən sonra xalqcebhesi.az saytının yeni versiyasını oxularımıza təqdim edəcəyik. May ayının 15-dən sonra isə baymedia.az saytının yeni mobil və PC nümunələri yayıma başlayacaq. Yenilənmiş avrasiya.net saytı isə çox güman ki, avqust ayının ikinci yarısında hazır olacaq.

Bundan başqa, hələlik “Xalq Cəbhəsi” media qrupunun YouTube kanalı və qrupa daxil olan saytlar üzərindən test yayımlarımızı davam etdiririk. Hazırlıq prosesi tam başa çatdıqdan sonra videomüsahibələr və debatlarla görüşünüzə gələcəyik.

Dərin hörmətlə,
Elçin Mirzəbəyli
30-04-2019, 12:15
Geri qayıt