AFN.AZ / Jurnalistlər üçün tikilən 3-cü yaşayış binası gələn il təhvil verilə bilər

Jurnalistlər üçün tikilən 3-cü yaşayış binası gələn il təhvil verilə bilər

Jurnalistlər üçün tikilən 3-cü yaşayış binası gələn il təhvil verilə bilər


Jurnalistlər üçün tikilən üçüncü yaşayış binasının gələn il Mətbuat Günündə təhvil verilməsi nəzərdə tutulur.



Qaynarinfo-nun məlumatına görə, bunu Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib.

Onun sözlərinə görə, artıq jurnalistlər üçün 2 bina tikilərək istifadəyə verilib. Həmin binalarda 411 jurnalist yaşayır: "Mediaya göstərdiyi dəstəyə görə mətbuat nümayəndələri adından Azərbaycan Prezidenti Ilham Əliyevə təşəkkür edirəm. Azərbaycan mətbuatına dövlət dəstəyi bundan sonra da davam edəcək".
19-07-2019, 12:58
Geri qayıt