Almaniya Minsk Qrupunun həmsədri olmaq istəmir


Almaniyanın Ermənistandakı səfiri Rayner Morrel bildirib ki, Almaniya ATƏT-in Minsk Qrupunun həmsədri olmaq istəmir.

Bu barədə ru.1in.am saytı məlumat yayıb.

“Almaniya Avropa İttifaqı çərçivəsində Minsk Qrupuna öz töhfəsini verir, amma Qrupun üzvü olmaq istəmir”, - deyə səfir vurğulayıb.

Səfir bunu “Minsk Qrupunda Fransanı Almaniya ilə əvəzləməklə bağlı son vaxtlar Azərbaycanda səslənən təşəbbüslər haqda verilən suala münasibət bildirərkən deyib.(virtualaz.org)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu