Ermənistan Zəngəzuru itirə bilərmi? - Hərbi ekspert


"Ermənistanda hakimiyyətdə kimin olur-olsun, qalib ölkə kimi Azərbaycan imzalanan 3 tərəfli bəyanatın şərtlərinə uyğun şəkildə tarixi torpaqlarını tələb etmək hüququndan tam həcmdə istifadə edəcək".


Bunu hərbi ekspert Ədalət Verdiyev Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryanın "yenidən müharibə olarsa, Ermənistan Süniki (Zəngəzur) itirəcək" fikrini şərh edərkən deyib. Ekspert bunun mümkün olduğunu hesab edir: "Zəngəzur istiqamətində hansısa əməliyyatların Azərbaycan tərəfindən reallaşdırılması real görünməsə də, bizim 1991-ci ilə qədər Ermənistanla aramızda mövcud olan sərhədlərin həm Naxcıvan istiqamətindəki Kərki, həm də Qazax rayonunun kəndləri daxil olmaqla bərpası tamamilə mümkündür və bu, yaxın gələcəyin işidir".

Qeyd edək ki, Ermənistan Müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan iddia edib ki, yenidən müharibə olarsa, Ermənistan Süniki (Zəngəzur) itirəcək. "Nikol hakimiyyətdə qalarsa, belə hesab edin ki, Sünik yoxa çıxacaq".(Qaynarinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu