Erməni silahlı qruplaşmalar Qırmızı Bazardan çıxarıldı


Qarabağdakı erməni silahlı qruplaşmalar Qırmızı Bazar qəsəbəsindən çıxarılıb.


Bu haqda erməni mənbələr yazır:

- Çıxarılma prosesi Rusiya sülhməramlılarının komandanı Muradovun, baş separatçı Araikin və Ermənistan milli təhlükəsizlik xidməti nümayəndəsinin iştirakı ilə həyata keçirilib;

- Qırmızı Bazar vasitəsilə Şuşaya gedən əsas yolun Azərbaycan Ordusuna təhvil verilməsinə hazırlıq gedir: Azərbaycan hərbçiləri müharibədən sonra Şuşaya getmək üçün bu yoldan istifadə edirmiş, lakin erməni terrorçuların komandirlərindən Mikael Arzumanyan yoldan istifadənin qarşısını almaq üçün postlar quraşdırıb; Xankəndidəki görüşdə Azərbaycan Prezidentinin nümayəndəsi Arzumanyanın "ordudan” qovulmasını tələb edib, ardınca o, "vəzifəsindən” uzaqlaşdırılıb;

- Yolun təhvil verilməsindən qısa müddət sonra Qırmızı Bazar qəsəbəsi də boşaldılacaq və ora azərbaycanlı köçkünlər qayıdacaq;

Qırmızı Bazar yolunun ordumuzun nəzarətinə keçməsinin iki əhəmiyyəti var:

1. Şuşaya gedən yol qısalır: buradan şəhərə 35 kilometrlik asfalt örtüklü yol var.

2. Ermənilərin Xocavəndlə əsas əlaqəsi ordumuzun nəzarətinə keçir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu