Qarabağda döyüşən muzdlu terrorçunun görüntüləri - VİDEO


Vətən Müharibəsində Ermənistan tərəfindən Azərbaycan vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak edən muzdlulardan biri Livan vətəndaşı Eulcekcian Viken Abrahamın görüntüləri yayılıb.


Vətən Müharibəsi zamanı çəkilən görüntülər səngərlərdən birində qeydə alınıb.

Görüntülərdən muzdlu terrorçunun Azərbaycana qarşı silahlandığı açıq-aydın görünür.

Qeyd edək ki, bu gün Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti adıçəkilən terrorçu ilə bağlı məlumat yayıb. Məlumatda bildirilib ki, Livan vətəndaşı Eulcekcian Viken Abraham və qeyrilərinin maddi mükafat müqabilində muzdlu kimi mütəşəkkil dəstə halında birləşib Ermənistan Silahlı Qüvvələri tərkibində Azərbaycan Respublikası vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələri faktları əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılıb. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu gün cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün məhkəməyə göndərilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu