Cəbhədə döyüşlər gedir: ölən və yaralanan var


Bu gün Gədəbəy rayonunun cəbhə xəttində bütün gün boyunca Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında sərt döyüşlər gedib.

Bu barədə yerli sakinlər haqqin.az-a məlumat veriblər. Məlumata görə, döyüşlər zamanı iri çapl silahlardan, artilleriya, minaatanlar və hətta hərbi vertolyotlardan istifadə olunub.
Hər iki tərəfdən ölən və yaralananların olduğu bildirilir. Hazırda cəbhə xəttində döyüşlər davam edir. Azərbaycan Müdafiə Nazirliyindəki mənbələr cəbhə xəttində sözügedən istiqamətdə sərt döyüşlərin getdiyi barədə informasiyaları təsdiqləyiblər.(aznews.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu