Rus milyarderin arvadı Qarabağ atlarının yarışını keçirəcək


Qarabağa köçmüş rus milyarder German Sterliqovun arvadı Alyona Sterliqova bir müddət üçün Rusiyaya gəlib.

Avropa.info xəbər verir ki, o, avqustun sonunda Qarabağa qayıdacağını deyib. Milyarder arvadı Dalıq Qarabağda moda nümayişi və Qarabağ atlarının yarışını keçirəcəyini bildirib:

“29 avqustadək, yaxud daha tez müddətə Qarabağa qayıdacam. Orada mən moda nümayişi və Qarabağ atlarının yarışını təşkil edəcəm. Bu nadir atın qaçış yarışları 80 ildir ki, keçirilmir. Kolleksiyamda isə Qarabağ xalçalarının ornamentlərini əks etdirən bir neçə paltar nümayiş etdiriləcək”.

Əri haqda suala cavab verən qadın deyib ki, Sterliqov Qarabağda telefonsuz qalıb. “Biz sözləşdik ki, mən bayramacan ora qayıdım”.

O, ərinin Rusiyaya gələ bilməməsində Azərbaycan tərəfini günahlandırıb.

Qeyd edək ki, 2015-ci ilin 28 iyulunda Azərbaycan hüquq-mühafizə orqanları German Sterliqovu Dağlıq Qarabağda işlətdiyi ifadələrə görə İnterpola axtarışa vermişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu