Ermənilərin Qarabağda ağır itkisi: 6 hərbçi öldü


Azərbaycanın işğal altında olan Dağlıq Qarabağda ermənilərə məxsus hərbi maşın minaya düşərək partlayıb.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, partlayış nəticəsində sürücü və 5 erməni hərbçi həlak olub.

Məlumatda hadisənin sentyabrın 9-u, Ermənistan-Azərbaycan sərhədində baş verdiyi bildirilir.

Ermənistan hakimiyyəti bu faktı ictimaiyyətdən gizlətməyə çalışsa da, buna müvəffəq ola bilməyib. Belə ki, jurnalistlərin bu barədə məlumat yaymasından sonra qondarma “Dağlıq Qarabağ” rejimi faktı təsdiqləməyə məcbur olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu