Qarabağ haqqında 5 dildə sayt hazırlandı


Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Düşüncə" Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədilə Azərbaycan, rus, ingilis, alman və fransız dillərində sayt (www.dailykarabakh.com) hazırlayıb.

İnformasiya resursunun təqdimatı 22 sentyabr 2015-ci il, saat 12:00-da Park İnn hotelinin “Dan ulduzu” zalında təşkil olunacaq.

Tədbirdə millət vəkilləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri və ictimai-siyasi xadimlər iştirak edəcəklər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu