Ermənistandan atılan mərmi Ağdamda mülki şəxsin həyatına son qoydu


Qoşunların Ağdam istiqamətindəki təmas xəttində Ermənistan silahlı qüvvələrinin minaatandan atəşkəs rejimini pozması nəticəsində mülki şəxs ölüb.

APA-nın verdiyi xəbərə görə, düşmənin atdığı mərminin partlaması nəticəsində Ağdamın Qaradağlı kənd sakini, 1975-cı il təvəllüdlü Bağırov Bəhram Qaraxan oğlu həlak olub. Xəstəxanaya çatdırılan yaralı orada həyatını itirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu