Sarkisyan və həmsədrlər cəbhədəki gərginlikdən danışdı


Ermənistan prezidenti Serj Sarkisyan Nyu-Yorkda ATƏT-in Minsk qrupu həmsədrləri (Amerika Birləşmiş Ştatlarından Ceyms Uorlik, Rusiya Federasiyasından İqor Popov, Fransadan Pier Andryu) ilə görüşüb.

Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Tərəflər Dağlıq Qarabağ münaqişə üzrə hazırkı danışıqlar prosesi və mövcud təhlükələri müzakirə ediblər. Görüş zamanı Sarkisyan və həmsədrlər münaqişə bölgəsi və Ermənistan-Azərbaycan sərhədində atəşkəs rejiminin pozulması hallarına da toxunublar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu