Nazir müavini və hərbi prokuror cəbhəboyu hərbi hissələrdə


Müdafiə Nazirliyinin və Respublika Hərbi Prokurorluğunun 2015-ci ilə dair birgə tədbirlər planına əsasən müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev və respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar.

Virtualaz.org müsafiə Nazirliyinin saytına istinadən bildirir ki, birlik, birləşmə və hərbi hissələrdə müxtəlif kateqoriyalardan olan hərbi qulluqçular, o cümlədən bilavasitə müdafiənin ön xəttində yerləşən hərbi hissələrin şəxsi heyətilə görüşlər keçirilib.

X. Vəliyev çıxışında döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə hərbi kollektivlərdə münasibətlərin qanunvericilikdə nəzərdə tutulmuş tələblər və nizamnamələr çərçivəsində qurulmasının vacibliyini xüsusi qeyd edib.

Keçirilən görüşlərdə şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə olunması, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, ordu quruculuğuna mənfi təsir edə biləcək cinayət və hadisələrin təhlili, nəticələrindən asılı olaraq müvafiq tədbirlərin görülməsi, o cümlədən digər məsələlər barədə söhbətlər aparılıb.

Görüşlər zamanı müxtəlif mövzularda təkliflər səsləndirilib və hərbi qulluqçuları maraqlandıran bir sıra suallar cavablandırılıb.










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu