ABŞ Qarabağ münaqişəsini dondurulmuş hesab etmir


ABŞ Dağlıq Qarabağ münaqişəsini dondurulmuş hesab etmir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Səfir son vaxtlar erməni tərəfinin atəşkəsin iriçaplı pulemyotlardan pozulmasına da münasibət bildirib. “Mən düşünürəm ki, bütün tərəflər bu münaqişənin həllini tapmalıdırlar”.

Səfir həmçinin bildirib ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik neçə ildir Dağlıq Qarabağ kimi ağrılı problemin üzərində işləyir: “Bu, Azərbaycan və Ermənistan üçün acınacaqlı vəziyyətdir. Mənə məlumdur ki, cənab həmsədr Nyu-York görüşü zamanı bu məsələ ilə bağlı müzakirələr aparıb.

Yaxın vaxtlarda ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri gözlənilir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu