Həmsədrlər Qarabağa gedəcək


ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya) və Pyer Andrye (Fransa) 26-27 oktyabr tarixlərində Dağlıq Qarabağa səfər edəcək.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə qondarma “Dağlıq Qarabağ Respublikası”nın (DQR) “prezident”inin mətbuat katibi David Babayan bildirib.

Onun sözlərinə görə, həmin günlər, həmçinin təmas xəttində monitorinqdə keçiriləcək.

“İstənilən belə bir görüş bizim üçün əhəmiyyətlidir. Çünki belə görüşlər zamanı regional məsələlər, həmçinin münaqişə vəziyyəti müzakirə olunur. Həmsədrlərin “DQR prezidenti”, “xarici işlər naziri”, eləcə də “müdafiə naziri” ilə görüşəcək”, - deyə Babayan qeyd edib.

Qeyd edək ki, Qarabağa gəlməmişdən əvvəl həmsədrlər İrəvana səfər edəcək, oktyabrın 28-i isə Bakıya yollanacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu