Nalbandyandan Bakıya mesaj: Sabah oxuyarsınız


Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan jurnalistlərin Qarabağla bağlı suallarını cavablandırmaqdan imtina edərək ictimaiyyətin bu barədə sabah ətraflı oxuya biləcəyini vurğulayıb.

AzVision.az xəbər verir ki, bu müəmmalı bəyanatı Nalbandyan Ermənistan parlamentinin xarici məsələlər üzrə komitəsinin qapalı iclasından sonra bildirib.

"İclasda Dağlıq Qarabağ məsələsi üzrə danışıqlar prosesi müzakirə olunubmu" sualına nazir belə cavab verib: “Təbii ki. Xarici məsələlərdən danışarkən necə Dağlıq Qarabağ məsələsinə toxunmamaq olar? Bütün məsələlər müzakirə olunub”.

Nalbandyanın sözlərinə görə, AŞPA-nın qış sessiyasında anti-erməni qətnaməsi də müzakirə olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu