Almaniyanın baş nazirindən ilginc Qarabağ açıqlaması


Almaniyanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) sədrliyi çətin dövrə təsadüf edir.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Almaniya XİN rəhbəri Frank-Valter Ştaynmayerin ATƏT-də sədrliyin Serbiyadan Almaniyaya keçməsi ilə bağlı yaydığı bəyanatında deyilir.

"ATƏT dialoq və qarşılıqlı etimad üçün mühüm platforma olmalıdır", - deyə Almaniya XİN rəhbəri vurğulayıb.

Onun sözlərinə görə, Almaniyanın sədrliyi dövründə, ilk növbədə, Ukraynadakı vəziyyət diqqət mərkəzində olacaq: “Həmçinin biz Dağlıq Qarabağ və Dnestryanı münaqişələrin həllində iştirak edəcək, ATƏT-in yerlərdəki missiyalarının fəaliyyətini aktivləşdirəcəyik”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu