Məscidlərdə Xocalı şəhidlərimizin ruhu anılacaq


Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin göstərişi ilə 26 fevral tarixində paytaxt Bakıda və respublikamızın bütün bölgələrindəki məscidlərdə Cümə namazı zamanı Xocalı soyqırımının qurbanlarının xatirələri yad olunacaq, onların şəninə Quran oxunacaq, ruhları üçün dualar ediləcək.

AFN.az-ın məlumatına görə, QMİ sədri Şeyxülislam A.Paşazadə bütün Azərbaycan xalqına və şəhidlərimizin ailə üzvlərinə dərin hüznlə başsağlığı verir, Allahdan Vətənimiz ugrunda şəhid olanlara rəhmət diləyir, torpaqlarımızın azad və ərazi bütövlüyümüzün bərpa olunması üçün dualar edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu